Əsas Səhifə > Güney Press > "Embraer" şirkəti qəza ilə bağlı yardım təklif etdi

"Embraer" şirkəti qəza ilə bağlı yardım təklif etdi


25-12-2024, 23:20
"Embraer" şirkəti qəza ilə bağlı yardım təklif etdi
Təyyarə istehsal edən "Embraer" şirkəti Qazaxıstanın Aktau yaxınlığında "Embraer 190" təyyarəsinin qəzaya uğraması ilə bağlı səlahiyyətli orqanlarla əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilir.

“Bu hadisədən zərər çəkmiş şəxslərin ailələrinə, dostlarına, iş yoldaşlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz vəziyyəti izləyirik və səlahiyyətli orqanlara dəstək verməyə tamamilə hazırıq”, - bəyanatda deyilir.
Geri qayıt