Əsas Səhifə > Güney Press > “Hələ müəyyən edə bilməyiblər”

“Hələ müəyyən edə bilməyiblər”


Dünən, 21:08
“Hələ müəyyən edə bilməyiblər”
Xəbər verdiyimiz kimi, bu gün Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 5 ekipaj üzvü olub.

Təyyarənin hər iki pilotu - İqor Kşnyakin və Kalyaninov Aleksand həlak olublar. Həmçinin stüardessalardan biri Əliyeva Hökümənin də adı sağ qalanlar arasında yoxdur.

Ə.Hökümənin qardaşı Coşqun Nəsibli “Unikal.az”a bildirib ki, bacısının şəxsiyyətinin müəyyən edilməsi üçün ondan analiz götürülüb: “Prokurorluqdan gəlirəm, məndən DNT analizi götürdülər. Yəqin vəziyyət pisdir, hələ müəyyən edə bilməyiblər”.

Stüard Əsədov Zülfüqar və stüardessa Rəhimli Aydan isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakinidir. O, BDU-da hüquq üzrə magistratura pilləsini bitirib.
Geri qayıt