Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Britaniya mason lojalarından birinin ustadı Bakıya gizli səfərə hazırlaşır

Britaniya mason lojalarından birinin ustadı Bakıya gizli səfərə hazırlaşır


17-04-2014, 15:37
Britaniya mason lojalarından birinin ustadı Bakıya gizli səfərə hazırlaşır
DİA.AZ: - Son günlər gərginləşməkdə olan Rusiya-Ukrayna münasibətlərinin ardından Azərbaycanın da Kremlin hədəfinə çevrilmə ehtimalları rəsmi Bakını yenidən Qərbə doğru yönəltməkdədir. Bu barədə DİA.AZ-a diplomatik mənbələrdən informasiya daxil olub.

Əslində rusların “Krımdan sonra sırada Qarabağın Rusiyaya birləşməsidir” demələri gözlənilən idi və sadəcə olaraq bu məsələdə diqqətçəkəni odur ki, Kreml özünün Qarabağ münaqişəsində həlledici ünvan olduğunu afişə etməyindədir. Sanki bundan zövq alırmış kimi davranır və Azərbaycana qarşı hər zaman məhz Qarabağ kartından istifadə edərək əsas silahı kimi davranır.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, məhz Kremlin Qarabağ münaqişəsi ilə alver qurma cəhdləri, həmçinin Rusiya ilə Azərbaycanın münasibətlərində yaranmış problematik vəziyyət artıq Qərbin də diqqətini cəlb edib. Bildirək ki, bu ilin aprel ayının 29-da artıq Ermənistan Göçrük İttifaqına qoşulacağını bəyan edib. Azərbaycanın isə belə bir niyyəti yoxdur. Elə Ukraynanın da belə bir niyyətinin olmaması səbəbindən bu gün ruslar rəsmi Kiyevi diz çökdürənə qədər gedəcəklərini gizlətmirlər.

Britaniya mason lojalarından birinin ustadı Bakıya gizli səfərə hazırlaşır

Diplomatik qaynaqlardan redaksiyamıza ötürülən informasiyaya görə, belə bir təhlükəni aşkar surətdə hiss edən rəsmi Bakının Qərblə təmaslarını intensivləşdirməsi təbii qarşılanmalıdır. Mənbə diaaz.space-a bildirir ki, Azərbaycan paytaxtına bu günlərdə Böyük Britaniyanın gizli siyasi-iqtisadi çevrələrinə aid həlledici mövqedə dayanan çox ünlü bir sima təşrif buyuracaq. Mənbəmizin söylədikləri:

«Həmin şəxsin səfəri tam məxfidir və bu barədə məhdud çevrələr bilgiləndirilib. Səfərdə məqsəd Rusiya-Ukrayna münasibətlərində yaranmış gərginlikdə rəsmi Bakının mövqeyinin dəstəklənməsi, habelə Azərbaycan Avropa Birliyi əməkdaşlığının yeni mərhələsinə nail olunmasıdır ».

Britaniya mason lojalarından birinin ustadı Bakıya gizli səfərə hazırlaşır

Mənbəmiz bildirir ki, Bakıya təşrif buyuran həmin şəxs çox mühüm fiqurdur və bunu Qərbin Azərbaycana dəstəyi kimi də qəbul etmək olar. Onu da bildirək ki, həmin şəxsin adı açıqlanmasa da, mason lojalarından birinin ustadı olduğu da söylənilir…


Geri qayıt