Əsas Səhifə > Güney Press > Təyyarəmiz Qroznıya Ukrayna dronlarına görə ENƏ BİLMƏYİB?

Təyyarəmiz Qroznıya Ukrayna dronlarına görə ENƏ BİLMƏYİB?


Dünən, 13:00
Təyyarəmiz Qroznıya Ukrayna dronlarına görə ENƏ BİLMƏYİB?
"Təyyarə qəzalarından heç bir ölkə sığortalanmayıb. Bakıdan Qroznıya uçan təyyarənin Aktauda qəza enişi etməsiylə bağlı araşdırmalar başlanıb. Qəzayla bağlı müxtəlif məlumatlar yayılıb". "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə tanınmış siyasi ekspert Elxan Şahinoğlu çıxış edib.
O daha sonra əlavə edib: "Birincisi, hava şəraiti ilə əlaqədar təyyarənin uçuş trayektoriyasını dəyişdirdiyi, Qroznıya eniş edə bilmədiyi yazılıb. Digər xəbər bundan ibarədir ki, təyyarə geri qayıdarkən quş sürüsü ilə üzləşib. Rusiya informasiya kanallarından birində isə təyyarənin Ukrayna dronlarının Qroznı hava sahəsində göründüyünə görə Çeçenistan paytaxtının hava limanına enə bilmədiyi yazılıb. Bu xəbər daha çox Rusiyanın Ukrayna əleyhinə informasiya savaşının tərkib hissəsinə oxşayır. Yəni demək istəyirlər ki, qəzada Ukraynanın günahı ola bilər. Təyyarənin qəzaya uğradığı saatlarda Ukrayna dronlarının Çeçenistandakı hansısa hərbi məntəqəyə zərbə endirməsi barədə məlumat yoxdur. Buna baxmayaraq, Rusiya-Ukrayna müharibəsi, havada uçuşan raketlər və dronlar təyyarə şirkətlərindən ehtiyat tədbirlərini artırmağı diqtə edir..."

Geri qayıt