Əsas Səhifə > Güney Press > Ermənistana göndərilən 250 milyonluq kokain kimindir?

Ermənistana göndərilən 250 milyonluq kokain kimindir?


Dünən, 12:30
Ermənistana göndərilən 250 milyonluq kokain kimindir?
Ermənistanda ələ keçirilən 1 ton kokainlə bağlı hüquq-mühafizə orqanları ABŞ-a hüquqi yardım üçün müraciət göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

Nəşr bildirib ki, ötən il Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən bir sıra Avropa ölkələrinə kokainin mənşəyi, tirajı və digər məsələlərlə bağlı məktublar göndərilib, amma cavablar alınmayıb və ya arzuolunan cavablar verilməyib.

Faktiki olaraq cinayət işi üzrə saxlanılanların ev dustaqlığı müddəti başa çatıb, saxlanılanların hamısı azadlığa buraxılıb.

Qeyd edək ki, bu iş üzrə saxlanılanlar Ermənistan parlamentinin keçmiş deputatı Mihran Poqosyana məxsus şirkətin əməkdaşları olub, onlardan biri qadındır.

Xatırladaq ki, 2024-cü il mayın 17-də Ermənistan Milli Təhlükəsizlik Xidməti Ekvadordan Ermənistana 1 tona yaxın (təxminən 250 milyon avro dəyərində) kokain gətirildiyini açıqlamışdı. Mayın 24-də Baş nazir Nikol Paşinyan bəyan eləmişdi ki, Ermənistana gətirilən 1 ton kokainin alıcısı tanınmış banan idxalı şirkətidir, onun sahibi keçmiş deputatıdır və hazırda istintaq altındadır.

Mayın 30-da bu çərçivədə Poqosyan barəsində irimiqyaslı narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı işi çərçivəsində axtarış elan edilib. Həmin şəxsin “tapılmaması” səbəbindən iş üzrə inzibati icraat dayandırılıb.

Geri qayıt