Əsas Səhifə > Güney Press > Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR
Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRARDünən, 09:58 |
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma və qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Rəşad İsmayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib. Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə 10 sentyabr 2023-ci il tarixdə, saat 21 radələrində paytaxtın Səbail rayonu, Salyan şosesi, dalan 3 ünvanında qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Rəşad İsmayılov qonşusu, zərərçəkmiş Abıyev Fərid Mehman oğlunu onun anası ilə birgə yaşadığı evin həyətinə bir neçə dəfə səbəbsiz baxmasına aydınlıq gətirmək qərarına gəlib. O, Fəridi həyətə çağırıb, bununla bağlı irad bildirib. Sonra onların arasında mübahisə yaranıb. Bu zaman Rəşad cib bıçağı ilə zərərçəkmiş şəxsə zərbələr vuraraq, ona xəsarət yetirib. Bundan başqa, təqsirləndirilən şəxs 27 dekabr 2023-ci il tarixdə, saat 23:30 radələrində həmin ərazidə Fəridin dayısı, zərərçəkmiş Rahim Salamovla rastlaşarkən, yuxarıda qeyd edilən zəmində ailələr arasında yaranmış ədavətlə bağlı onunla mübahisə edib. Daha sonra Rəşad yerdən götürdüyü daş parçası ilə Rahimin baş nahiyələrinə zərbələr vuraraq, ona qəsdən sağlamlığa yüngül zərər yetirib. Hadisədən sonra Rəşad İsmayılov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb. Geri qayıt |