Əsas Səhifə > Güney Press > "Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..."

"Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..."


Dünən, 09:29
"Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..."
İşəgötürən və İşçi əməkmübahisələrində biri digərinin hüquqlarına hörmət edərək Əmək Məcəlləsinin və s.qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini həll edən məhkəmə qərarını yerinə yetirməyə borcludurlar.
İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.
İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə də maddi məsuliyyət daşıyır.Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəviziyanın ictimai təhlükəlilik dərəcəsinə, işəgötürən və işçinin şəxsiyyətinə, işəgötürən faktik halları və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
İşçiyə vurulmuş mənəvi ziyan: işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxslər tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissi,etiqadına zidd olan digər əməllər və hərəkətlər nəzərdə tutulur.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.link)

Geri qayıt