Əsas Səhifə > Güney Press > Yalandır! Bunu 1996-cı ildə Heydər Əliyev edib

Yalandır! Bunu 1996-cı ildə Heydər Əliyev edib


Dünən, 11:00
Yalandır! Bunu 1996-cı ildə Heydər Əliyev edib
“Siz demokratik ölkədə siyasətçisinizsə, əsl vəzifəniz insanları sizin haqlı, qarşı tərəfin haqsız olduğuna inandırmaqdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Məlumatlı Vətəndaşlar İttifaqı QHT-nin koordinatoru Daniel İoannisyan yazıb.

O, Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş prezidentləri debata çağırmasına toxunub:

“Sizin fikrinizcə, rəqib dəli, xain, populistdir. İnsanların buna inanıb-inanmaması sizi maraqlandırmır. Buna görə də debatda qalib gəlmək şansınızın çox olduğunu düşünürsünüz. Müəyyən sayda insanı fikrinizin doğru olduğunuza inandıra bilsəniz, debata gedirsiniz. Bacarmasanız, hər cür bəhanələrlə yayınırsınız”.

Paşinyanın “1994-dən bəri Qarabağın Azərbaycanın tərkibinə qaytarılması müzakirə edilirdi” fikrinə toxunan D.İoannisyan bunun belə olmadığını bildirib:

“1994-cü ildən Qarabağı Azərbaycana qaytarmaqla bağlı danışıqlar apardığımızı düşünmürəm. Bu proses 1996-cı ildə Lissabonda başlayıb”.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyev 1996-cı ildə keçirilən Lissabon sammitində 54 ölkənin 53-nün Ermənistanın işğalçı olduğunu təsdiqləyən sənədə imza atmasına nail oldu. Yalnız 54-cü ölkə, yəni Ermənistan etiraz etdi. Bu, Qarabağ danışıqlarında rəsmi Bakının ilk tarixi diplomatik qələbəsi hesab olunur.

Daha sonra H.Əliyevin dünyanın aparıcı gücləri ilə görüşləri və Azərbaycan həqiqətlərini dünyaya tanıtdırması prosesi geniş vüsət aldı.

Geri qayıt