Əsas Səhifə > Güney Press > Paytaxt gənclərinə yeni kitab tədqim edildi

Paytaxt gənclərinə yeni kitab tədqim edildi


Dünən, 10:57
Paytaxt gənclərinə yeni kitab tədqim edildi
“Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzinin təşkilatçılığı
ilə Kitab Mərkəzində gənclərlə görüş keçirilib. Görüşdə Bakı Şəhər İcra
Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsi olan və Vətən
müharibəsindən sonrakı dövrdə həyata keçirilən mühüm tarixi hadisələrə
həsr edilən “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün
bərpası – Şəxsiyyət faktoru” adlı yeni kitabın təqdimatı keçirilib.
Kitabın çapında əsas məqsəd gənc nəslə tarixi həqiqətlərin dolğun və
ətraflı çatdırılması və onun geniş təbliğıdir. “Regional İnkişaf” İctimai
Birliyinin könüllüləri, fəal gənclər, müharibə veteranları, qazilər, ictimaiyyət
nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində Ulu Öndər Heydər Əiyevin
və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda həlak olmuş
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və kitabın ərsəyə
gəlməsinə həsr edilən video çarx nümayiş etdirildi.
Tədbir iştirakçılarını salamlayan Bakı Kitab Mərkəzinin direktoru
Günel Anar qızı hər iki kitabla bağlı təəssüratlarını bölüşərək bildirib ki,
“Deyirlər: nəhəng olan hər bir şey yalnız çox uzaq məsafədən tam
həcmi ilə görünür. Möhtərəm cənab Prezident İlham Əliyevin dahi
siyasəti yalnız müəyyən zaman keçdikçə tam həcmi, nəhəngliyi və
anlamı ilə insanlara aydın olur. Təqdimatına toplaşdığımız bu kitab
Prezidentimizin uzaqgörən siyasətini anlamaq üçün çox yaxşı bir
vasitədir.”
Tədbirdə çıxış edən “Regional İnkişaf” İctimai Birliyin nümayəndəsi
Aytac Əjdərli, Vətən müharibəsi qazisi Qədir Daşdəmirov, gənc fəal Nəzrin
Hüseynova və başqaları yeni çap edilən kitabların əhəmiyyətini qeyd
edərək bu nəşrin Qazanılan Zəfər və sonrakı dövrdə əldə edilən
nailiyyətlərin təhlili və gələcək nəsillərə düzgün çatdırılmasının geniş
təbliğində mühüm rol oynayacağını vurğulamışlar.
Çıxışlarda qeyd edilib ki, “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi
bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı yeni nəşr artıq böyük oxucu
kütləsinin müsbət rəyini qazanan və 10 dildə nəşr edilən Vətən
müharibəsinə həsr edilən əvvəlki kitabın ikinci hissəsi olaraq Vətən
müharibəsindən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm
hadisələrə həsr edilib. Kitabda Şanlı Qələbənin əldə olunmasında və
müharibədən sonrakı dövrdə aparılan quruculuq işlərinin ölkə başçısı İlham
Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində mümkün
olduğu xüsusi vurğulanıb. Yeni nəşrdə Heydər Əliyev Fondu və onun
rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə mədəni-tarixi irsin bərpası istiqamətində
aparılan genişmiqyaslı işlər oxucunun diqqətinə çatdırılır.
Bakı Kitab Mərkəzinin direktoru Günel Anar qızı bildirdi ki, dünya
şöhrətli dövlət xadimi, dahi sərkərdə, müasir dövlətçilik tariximizi
yenidən yazan, Zəfər Komandanı İlham Əliyevin doğum günüdür. O,
gənclər və tədbir iştirakçıları adından cənab Prezidenti ürəkdən təbrik
edərək Azərbaycan xalqının rifahı naminə gördüyü böyük işlərə görə
ona minnətdarlığını bildirib.
Gənclərin böyük marağına səbəb olan tədbirin sonunda bədii hissə
təqdim edilib.
"DİA-AZ"

Paytaxt gənclərinə yeni kitab tədqim edildi
Paytaxt gənclərinə yeni kitab tədqim edildi
Paytaxt gənclərinə yeni kitab tədqim edildi
Paytaxt gənclərinə yeni kitab tədqim edildi
Paytaxt gənclərinə yeni kitab tədqim edildi

Geri qayıt