Əsas Səhifə > Güney Press > “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır”
“Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır”Dünən, 18:58 |
“Təəssüf ki, Azərbaycanda siyasi sabitliyin pozulmasına hesablanmış informasiya manipulyasiyaları ilə məşğul olan şəxslər var”. Bu sözləri Azərbaycan İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bunu təxribat adlandırmaq lazımdır: “Qərb bəzi media nümayəndələrini maliyyəşdirərək öz təsir dairəsinə salaraq onlardan istifadə edir. Onların məqsədi Azərbaycanda müəyyən gərginlik yaratmaq və prosesləri hansısa formada öz nəzarətlərinə götürərək idarə etməkdən ibarətdir. İndiyə kimi buna dəfələrlə cəhd ediblər və hər dəfə qarşısı alınıb. Ümumiyyətlə, xaricdən maliyyələşən güclərin ölkə daxilində fəaliyyətinə imkan vermək olmaz. Çünki kənar maliyyələşən media resursları Azərbaycana dost olmayan qüvvələrin təsir dairəsində olurlar, onların maraqlarına xidmət edirlər. Hətta onların ölkə daxilində narahatlıq yaratmağa istiqamətlənmiş planlarını həyata keçirmək istəyirlər. Hesab edirəm ki, belə halların qarşısı alınmalıdır. Yəni dövlət mənafelərinə xidmət etməyən qüvvələrin yönləndirdiyi şəxslərin cinayətkar fəaliyyətinin qarşısı alınmalıdır”. Millət vəkili xaricdə ölkəmiz əleyhinə qarayaxma kampaniyası aparan yutuberlər barəsində də danışıb: “Onlar sadəcə pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Təəssüf ki, belə yutuberlər yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının qoruması altında bu faəliyyəti icra edirlər. Əslində, həmin yutuberlər “söyüş müxalifəti”ni yaradıblar. Özlərini “radikal müxalifət” nümayəndələri kimi təqdim etməklə Azərbaycan dövlətinə qarşı alətə çevriliblər. Üstəlik, maliyyələşdikləri qüvvələrin maraqlarına xidmət edirlər. Heç bir halda belə fəaliyyətlər qəbul edilə bilməz. İstənilən halda Azərbaycan vətəndaşları belə yutuberlərə inanmır və fəaliyyətlərini məqbul saymır. Bundan başqa, onların Azərbaycan dövləti və xalqına qarşı mövqe sərgiləmələri də şiddətli şəkildə qınanılmalıdır”. Geri qayıt |