Əsas Səhifə > Güney Press > "Bu əsasla Əmək müqaviləsinin ləğv edilməsi..."

"Bu əsasla Əmək müqaviləsinin ləğv edilməsi..."


Bu gün, 08:35
"Bu əsasla Əmək müqaviləsinin ləğv edilməsi..."
Bu əsasla Əmək müqaviləsinin ləğv edilməsi də çox hallarda əmək mübahisələri yaradır. Eyni zamanda qeyd olunan bu halda əmək müqaviləsinin - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin hansı maddəsi və əsası ilə ləğv edilməsi, hətta məhkəmələr tərəf-n də qərarlar qəbul edilərkən problem və ya mübahisələr yaradır.
Qeyd olunan əmək mübahisəsi barədə AR-nın Konstitusiya Məhkəməsinin qərarı da qəbul olunmuşdur və hesab edirəm ki,işçi ilə əmək müqaviləsini ləğv edən işəgötürənlər, həm də məhkəmələr qərar qəbul edərkən bu halları nəzərə almağa borcludurlar.
İşçinin çalışdığı - filial və ya nümayəndəliyin ləğvi zamanı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin hansı əsas və maddəsi ilə ləğv edilməlidir?
Qeyd olunan halda İşçi ilə bağlanmış əmək müqaviləsi aşağıdakı maddə, əsas və qayda ilə ləğv edilə bilər:
1. Əmək müqaviləsi-işçi ilə mülkiyyətçi və ya onun təyin(müvəkkil)etdiyi müəssisə rəhbəri, habelə müvafiq səlahiyyətli orqan tərəfindən bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəliyin ləğvi zamanı əmək müqaviləsi- "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası" ilə ləğv edilməlidir.
2. Əgər əmək müqaviləsi işçinin çalışdığı iş yeri üzrə mülkiyyətçinin müvəkkil etdiyi müəssisə rəhbəri ilə bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv edilərkən həmin müqavilə " Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan müəssisənin ləğv edilməsi əsası" ilə ləğv edilməlidir

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.link)

Geri qayıt