Əsas Səhifə > Güney Press > Trampın Ukrayna ilə bağlı PLANI VAR

Trampın Ukrayna ilə bağlı PLANI VAR


Bu gün, 13:57
Trampın Ukrayna ilə bağlı PLANI VAR
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Arktika zonasının və Şimal Dəniz Marşrutunun inkişaf amilindən istifadə edərək, onu Ukrayna münaqişəsinin həlli üçün öz sülh planına daxil edə bilər.

APA xəbər verir ki, bu barədə Responsible Statecraft portalının materialında məlumat verilir.

Nəşrdə qeyd edildiyi kimi, Ağ Evin gələcək rəhbəri danışıqlar zamanı Rusiya Federasiyasının Arktika zonasının iqtisadi potensialının açılmasında maraqlı olmasından istifadə edə bilər. Materialda Şimal Dəniz Marşrutundan sanksiyaların götürülməsi və Qərb gəmiçilik şirkətlərinin bu nəqliyyat dəhlizindən istifadə etməyə təşviq edilməsinin vacibliyi vurğulanır.

Bildirilir ki, plan Rusiya lideri Vladimir Putinin "diqqətini cəlb edəcək". Düşünürlər ki, bu plana əsasən, Çindən də dəstək alınacaq. Bununla yanaşı bu işin Skandinaviya dövlətləri, Cənubi Koreya və Yaponiyaya fayda verə biləcəyi yazılır.

Eyni zamanda, portal göstərir ki, sövdələşmədə şərt qoyulmalıdır ki, əldə edilən gəlirin kiçik bir hissəsi, məsələn, 5%-i növbəti əlli il ərzində münaqişə zamanı dağılmış Ukrayna infrastrukturunun bərpasına sərf edilsin. Nəşr həmçinin qeyd edir ki, sülhün bərqərar olması üçün əsas məsələ “Şərqi Avropada gələcək təhlükəsizlik və münaqişə zonasında qüvvələrin bölgüsü” olaraq nəzərdə tutulur.
Geri qayıt