Əsas Səhifə > Güney Press > Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib21-12-2024, 12:03 |
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Baş nazirin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarovun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Bu barədə “Report” "Akorda"nın mətbuat xidmətinə istinadən xəbər verir. "Dövlət başçısının fərmanı ilə Baybazarov Nurlan Serikoviç Qazaxıstan Respublikasının Baş nazirinin müavini - Milli İqtisadiyyat naziri vəzifəsindən azad edilib", - məlumatda bildirilib. Qeyd edək ki, N.Baybazarov 2024-cü ilin fevralından Baş nazirin müavini - milli iqtisadiyyat naziri vəzifəsində çalışırdı. Geri qayıt |