Əsas Səhifə > Güney Press > Güzəştli şərtlərlə yaranan pensiya hüququ...

Güzəştli şərtlərlə yaranan pensiya hüququ...


Bu gün, 08:52
Güzəştli şərtlərlə yaranan pensiya hüququ...
Hansı səbəb və əsaslardan işçilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ təmin olunmur?
Hər bir şəxsin uzun müddət işlədikdən sonra qanunvericiliyə və əmək fəaliyyətinə uyğun olaraq əmək pensiyasına çıxmaq hüququ var
Azərbaycan Respublikasının Konstitusiyasına görə də hər kəsin qanunla müəyyən edilmiş- yaş həddinə çatdıqda qanunvericiliklə əmək pensiyasına çıxmaqla sosial təminat hüququ vardır.
Praktikada göstərir və təsdiq edir ki, İşçilərin əmək pensiyasına çıxmaq hüququsahəsində mübahisələr demək olar ki, yoxdur və ya çox nadir hallarda baş verir.
Lakin, praktika göstərir ki, işçi və ya işçilərin "güzəştli şərtlərlə" əmək pensiyasına çıxmaq hüququ sahəsində problemlər çoxdur və bir çox hallarda məhkəmə predmetinə çevrilir.
Bu problemlərdən daha çox baş verən, hansı səbəbdən baş verməsi barədə əsas problem və ya ziddiyətləri göstərməyə çalışacam:
1. İlk olaraq bildirirəm ki, işçilərin "güzəştli" əmək pensiyasına çıxmaq sahəsində ən çox mübahisələr: yaş həddi, ümumi iş stajı və ya işçinin kapital yığımı ilə deyil, daha çox 12.6 il müddətində işçinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajının olması və ya olmaması ilə əlaqədar yaranır.
2.Burada da əsas şərt işçinin işlədiyi peşə və ya vəzifəsinin adının ən azı: 12.6 il müddət üçün AR-sı Nazirlər Kabinetinin12 saylı və ya həmin dövrdə qüvvədə olan 320 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşagörə əmək pensiyası hüququ verən istehsalatlar, peşələr, vəzifələr və göstəricilərin Siyahısı"da olmasıdır.
3.İşçinin işlədiyi peşə və ya vəzifəsinin adının
bu Siyahılarda olmaması isə işçinin "güzəştli" şərtlərlə əmək pensiyası almaq barədə bu hüququ təsdiq edən - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətin İmtinası ilə nəticələnir.
4. Bir çox hallarda isə bu - İmtinalar müvafiq qaydada əsaslandırılmamış və ya qanunsuz istinadlarla olur. Bu sahədə uzun müddət işləyən hüquqçünas kimi qeyd edirəm ki, bu müraciətlərə formal olaraq baxılmamalıdır. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının müdafiə etdiyi işçilərə verilən imtina barədə məktublarında da bu faktı görmək olar,hansı ki, sonradan məhkəmə qərarları ilə işçilərin bu hüquqları bərpa olunub.
5. Bir faktı da qeyd edim ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzə Mərkəzi Filialının verdiyi İmtina məktubu ilə əlaqədar işçi - 1 ay müddətində İnzibati Məhkəməyə müraciət edə,pozulmuş pensiya hüquqlarını bərpa edə bilər, əlbəttə ki, buna qanuni əsaslar olduqda.
6.Bu problemin olmasının əsas səbəblərdən biri də odur ki, baxmayaraq ki, işçi güzəştli şərtlərlə əmək pensiyası hüququ verən sahə və işlərdə çalışıb, lakin həmin işçinin vəzifə və ya peşəsi hər hansı bir vəzifəli şəxs və ya şəxslərin məsuliyyətsizliyi nəticəsində Əmək kitabçasında - düzgün yazılmayıb, normativ xarakterli yerli sənədlərə uyğun yazılmayıb, müəyyən söz və ya terminlər buraxıllb,işçi və ya işçilərin işlədiyi sahə düzgün yazılmayıb, söz və ya qrammatik səhvlərə yol verilir.
7. Son dövrlərdə yaranan problemlərdən biri də odur ki, xarici şirkətlərdə çalışan işçilərin, işlədikləri vəzifə vəpeşənin adının yerli əmək qanunvericiliyinə uyğun yazılmamasıdır. Məsələn, mühəndis, usta, briqadir və s vəzifə və ya peşələrin adları - Nazirlər Kabinetinin 12 və ya 320 saylı qərarında var. Lakin, xarici müəssisələrdə eyni əmək funksiyasını yerinə yetirən bu vəzifə ya peşəlıtin adları: formen, menecer, çerkend və sair ad kimi göstərilir. Nəticədə isə işçi güzəştli şərtlərlə əmək pensiyası almaq hüququndan məhrum olur və bu faktı sübut etmək üçün əziyyət çəkir, maddi ziyana düşməklə digər orqanlara və ya məhkəməyə müraciət etməklə hüququnu bərpa etmək məcburiyyətində qalır.
8. Digər bir problem ondadır ki, işçilər faktiki olaraq həqiqətən də ağır və ya zərərli işlərdə işləyib, əmək müqaviləsində də bu barədə qeydlər var, işçi buna görə əlavə əmək haqqı alıb, əlavə məzuniyyət hüquqları yaranıb və alıb, lakin müəyyən şəxslərin məsuliyyətsiz olması nəticəsində işlədiyi peşə və vəzifənin adı düzgün yazılmayıb, Nazirlər Kabinetinun 12 və ya 320 saylı qərarında da olmur. Bunun nəticəsində isə işçi süni olaraq hüququ olan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququndan məhrum olur.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.link)

Geri qayıt