Əsas Səhifə > Güney Press > "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri

"Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri


Dünən, 17:04
"Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri
“Amerika Birləşmiş ştatları, onun yürütdüyü imperialist siyasət, onların təyin etdikləri səfirlər vasitəsilə də ölkələrdə özlərinin “həqiqətlər”ini həmin cəmiyyətlərə sırımaqdan ibarətdir. Bu proses əsasən də müstəqilliyini yeni qazanmış, müstəqil siyasət yeridən, milli siyasət yeridən ölkələrdə özünü göstərməkdədir. O cümlədən, Azərbaycanda zaman-zaman ABŞ səfirlərinin ölkənin daxili işlərinə qarışmaq cəhdləri, bir çox radikal müxalifət nümayəndələri ilə vaxt aşırı gizlin görüşmək, (əgər bu görüş normal görüşdürsə, gizli niyə keçirilir) özünü göstərir. Son zamanlar yalnız ABŞ deyil, bir çox ölkələrin - elə Fransanın səfirinin də şərh verməsi cığal uşaqların oynadığı oyunda uduzan zaman göstərdiyi reaksiyasına bənzəyir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat qeyd edib ki, diplomatlar əslində daha diqqətli olmalı, açıqlamaları və fikirləri düşünüldükdən sonra bölüşülməlidir.

“Diplomatların etik davranış qaydaları var. Onlar hər hansı bir ölkə ilə bağlı fikir söyləyəndə hər sözün özünün anlam yükü və çəkisi olmalıdır. ABŞ səfiri “media savadlılığı” konfransı bağlı fikirlərində çox böyük yanlışlıqlara yol verir. Təbii ki, XİN bununla bağlı çox konkret və hədəfə dəyən faktlarla dolu fikirlərini söyləyib. Əslində, çox tutarlı bir cavabdır. Həqiqətən də dünyada "beynəlxalq hüquq" adlı ifadə yalnız elə sözdən ibarətdir. Yalnız böyük güclər öz imperialist maraqlarına və özlərinin yazdığı və qoyduğu, onlara sərf edən demokratiya və insan haqları azadlıqları plüralizm fikirlərini, cərəyanlarını təbliğ etməklə məşğuldurlar.

Təsəvvür edək ki, ölkəmizdə hər hansı bir jurnalist haqqında cinayət işi başlanır. Digər ölkənin səfiri hansı hüquqla həmin ölkənin məhkəmə qərarlarına təsir göstərmək istəyir? Bu hüququ onlara kim verib? Digər bir məsələ odur ki, bu fikri bildirən şəxsin öz ölkəsindəki ştatların çoxunda hələ də ölüm hökmü var. Prezident seçkilərindən sonra ölkədə iğtişaşlar olur, onlarla insan öldürülür. Azərbaycanda hərhansı bir məsələdə polis kiminsə əlindən tutub kənara çəkmək istəyəndə həmin dövlətlər, müxtəlif qruplar və onların yedəyində olan “beynəlxalq təşkilatlar”ın hay-həşiri dünyaya yayılır. Budur onların demokratiya anlayışı...”-deyə deputat bildirib.

Vüqar İskəndərov qeyd edib ki əgər Azərbaycana bu fikirlərlə təzyiq edə biləcəklərini düşünürlərsə, böyük səhv edirlər.

Deputat əlavə edib ki, ölkə prezidenti İlham Əliyevin Rusiya mediasına verdiyi müsahibədə bu və buna bənzər məsələlərə fikir söyləməsi və orada çox tutarlı, arqumentli fikirləri yalnız Azərbaycan və bölgə üçün deyil, dünya üçün də hazırda aktual olan məsələlərdir.

“Bu fikirlə ddünyada böyük maraq doğruub və tirajlanır. Çünki dünya artıq həmin dünya deyil. Hər şey ortadadır. Kimlərin nə danışmasından asılı olmayaraq, reallıqlar bütün dövlətlərə və xalqlara çatır. İnsanlar həqiqəti bilir”-deyən Vüqar İskəndərov bildirib ki, belə ucuz fikirlər Azərbaycan cəmiyyətinə heç bir təsir göstərə bilməz.

“Yaxşı olar ki, bu səfirlər öz ölkələrində insan haqqlarının müdafiəsinə qalxsınlar”-deyə deputat vurğulayıb.

Geri qayıt