Əsas Səhifə > Güney Press, Partiya > "Pullu və xoşbəxt olanlara qarşı bir aqressiya görürəm"
"Pullu və xoşbəxt olanlara qarşı bir aqressiya görürəm"Bu gün, 08:55 |
Xəbər verdiyimiz kimi, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı həbs olunub. Belə ki, o, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir. "DİA-AZ" xəbər verir ki, artıq barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən Azər Qasımlı, Real Partiyasının keçmiş üzvü olan Qurbanəli Ömərin şikayəti əsasında həbs edilib. Qeyd edək ki, sözügedən hadisə ictimaiyyətdə də birmənalı qarşılanmayıb. Və elə bu səbəbdən Qurbanəli Ömər məsələ ilə bağlı bir neçə dəfə açıqlama ilə çıxış edib. Onun dünən növbəti açıqlaması da yayılıb. Həmin açıqlamanı təqdim edirik: "Sosial şəbəkələri artıq əvvəlki kimi ciddiyə almıram. Dostluğa da, hər adamı almıram. Sosial media həmişə mənə iş üçün lazım olub. Əylənmək, xəbər oxumaq, vaxt keçirmək üçün deyil. Bundan sonra kimsə dostluq yollayanda, xahiş edirəm, özəldən qısa şəkildə məqsədini yazsın. Rəy bölümünü də, sadəcə dostlar üçün açmışam. Mən siyasi bloqqer filan, deyiləm ki, kim nə istəyir, yazsın, vaxtımı, enerjimi alsın. Bloka atmaq da, mənim şəxsi qərarımdır. Bura bizim virtual evimizdirsə, hər gədə- güdəni də qapını açıb, evimizə soxa bilmərik. Radikal müxalifətçiləri, əxlaqsız adamları, evində edə bilmədiyi söyüşlü söhbətləri burada edənləri, nə bilim screen paylaşanları, hansısa qrupu (dindarları, dinsizləri, iş adamlarını, dövlət xadimlərini və s) hədəf alanları və s. dərhal blok edirəm. Ayrıca, son zamanlar sosial şəbəkələrdə insanlarda uğurlu, pullu və xoşbəxt olanlara qarşı bir aqressiya görürəm. Hər an bir bəhanə axtarırlar, baltalamaq üçün. Onu da deyim ki, Web3 zamanında belə şəbəkələrin qalacağına inanmıram. Çünki insanlar maksimum vaxtlarına, enerjilərinə, pullarına qənaət etmək istəyəcəklər. Şəxsən mənim işimin bir parçası internetdə olmasaydı, təbiətlə, kitablarla daha çox zaman keçirərdim. Proqramistlərdən yarısaydım da, çoxdan öz sosial şəbəkə platformamızı dünya bazarına çıxartmışdıq. Kript0 dünyasında startup layihələr həyata keçirmək çox asandır. Önəmli olan isə komanda ola bilməkdir, eyni hədəfləri görə bilən, enerjilərinə qənət edən insanlardan…" Geri qayıt |