Əsas Səhifə > Güney Press > "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər"
"Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər"Bu gün, 15:55 |
Bir müddət öncə hüquq mühafizə orqanları tərəfindən saxlanılan Meydan TV ilə əməkdaşlıq edən şəxslər haqda yeni faktlar məlum olub. Bu haqda Baku TV-də veriliş yayımlanıb. Verilişdə bu dəstənin qanunsuz əməllərindən bəhs edilir. Məlum olur son bir neçə ildə xaricdən qanunsuz yollarla ölkəyə küllü miqdarda vəsait gətirilub. Bu vəsaitlər media, seçki prosesi, insan haqları və s. layihələrdə istifadə olunub. Gerçəkdə isə məbləğin böyük hissəsi mənimsənilib. Haqq qoruyan, demokratiya vəd edən, söz azadlığının keşiyində dayandığını deyən şəbəkə qanunsuz maliyyə və həm də mənimsəmə ilə məşğul olub. Bu şəbəkə ilə əməkdaşlıq edən, hələ də azadlıqda olanlar hüquq mühafizə orqanları ilə əməkdaşlığa çağırılır. Əks təqdirdə onlara qarşı da qanunun sərt üzünün göstəriləcəyi deyilir. “Köstəbəklər” üzə çıxacaqmı? Yoxsa yeni ifşa videoları görməli olacağıq? Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, “Meydan TV” işində həqiqətən maraqlı məqamlar üzə çıxır: “Aydın olur ki, bu qrup cürbəcür adlar altında “Bakı Jurnalistika məktəbi” və s. şəbəkə halında fəaliyyət göstəriblər. Əks fikir söyləyən müxalif ruhlu “xalqın adamı” cildində saxtakarlıq, cinayətkarlıq və yalnız pul müqabilində jurnalist sənətini sataraq ölkəs inə xəyanət yolunu tutublar. Plan çərçivəsində alınan küllü miqdarda pulların şəbəkə halında bölüşdürülməsi, paylanması və xərclənməsini təmin ediblər. Hüquq-mühafizə orqanlarının apardığı axtarışlar zamanı əldə edilən sənədlər, danılmaz faktlar onu deməyə əsas verir ki, onlar qarşıdakı illərdə də hər ay üçün veriləcək pulların məbləğini müəyyən ediblər. Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər. Xəbərlərin radikallıq dərəcəsi artırıldıqca alınan pulların məbləği də artıb. Hətta xəbərlər video format halında yutub sosial şəbəkəsi vasitəsilə paylaşılırsa, daha çox vəsait alınmasına bərabər olub. Eyni zamanda onlar öz şəbəkələrinə yeni kadrlar cəlb edir, şirnikləndirici üsullara da əl ataraq fəaliyyətlərini davam etdirirdilər”. Deputatın sözlərinə görə, bütün bunlar “Meydançıların” mütəşəkkil dəstə formasında fəaliyyətini üzə çıxardır: “Bu şəbəkəyə daxil olan insanlar özlərini belə əməlləri ilə Azərbaycana qarşı olan qüvvələrə satıblar. Jurnalist fəaliyyəti adı altında cəmiyyəti çadırmaq, ölkəmizdə seçkilərin keçirilməsi, təhsil sistemi, sosial məsələlərə aid anti-Azərbaycan mövqeyindən yazıların yazılması, çəkilişlərin edilməsi missiyasını üzərilərinə götürüblər. Məbləğlərə baxdıqda ölkəmiz əleyhinə nə qədər fəaliyyət göstərdiklərini görmək mümkün olur. Diqqətçəkən məqamlardan biri də odur ki, onların fəaliyyəti uzunmüddətdir, davam edir. Dövlət, hüquq mühafizə orqanlarından kənar bu fəaliyyətləri davam etdirdikləri görüntüsü yarana bilər. Amma məsələ belə deyil. Onların bütün fəaliyyəti nəzarət altında olub, diqqətlə izlənilib. Etdikləri hərəkətlərdən, alınan məbləğlərdən dövlətin, aidiyyatı orqanların xəbəri olub”. Vüqar İskəndərov deyib ki, hələ də trol dəstələrinin üzvləri arasında həbs edilməyənlər var: “Onların da öz əməllərini etiraf edib, məsuliyyətə cəlb olunmaları yaxşı olardı. Anlamalıdırlar ki, Azərbaycan sürətlə inkişaf edən və bir çox böyük güclərin qarşısında dirəniş göstərən qüdrətli ölkəyə çevrilməkdədir. Bu gün, qazandığımız uğurlar bəzi ölkələr tərəfindən qısqanclıqla qarşılanır. Ona görə də mənəviyyat və milli ruhu zəif olan insanlardan istifadə edərək öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar”. Geri qayıt |