Əsas Səhifə > Güney Press > "Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir"
"Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir"Bu gün, 12:51 |
Suriyada baş verən son hadisələrdən sonra əsas analitik müzakirələr hücumun növbəti dayanacağının hara olacağı sualı ətrafındadır. Teleqraf.com xəbər verir ki, bu barədə erməni deputat Tiqran Abramyan bildirib. Siyasətçinin fikrincə, növbəti hədəf İran olacaq, bu zaman ona qarşı Ermənistan ərazisindən istifadə ediləcək: “Oxlar İran və müxtəlif ölkələrdə fəaliyyət göstərən iranpərəst qüvvələri göstərir, bu baxımdan, İraq və Yəməndə gərginlik ehtimalı yüksəkdir. Suriya və digər ölkələrdə olduğu kimi, belə bir vəziyyət yaranarsa, müəyyən konsensus yarana və İranın qonşu ölkələri də ağır dozada təzyiqlərə məruz qala bilər. Cənubi Qafqaz bu əməliyyatın təhlükəli istiqamətlərindən biridir, Ermənistan heç bir şəkildə fırtınalar dövriyyəsindən çıxa bilmir”. Abramyan əlavə edib ki, İran ətrafında artan gərginlik Ermənistan bu təhlükəli prosesə qoşulması baxımından çoxsaylı təhdidlər ehtiva edir. Geri qayıt |