Əsas Səhifə > Güney Press > Paşinyanla gizli anlaşma üzə çıxdı
Paşinyanla gizli anlaşma üzə çıxdıBu gün, 10:56 |
Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla Parisin Ukraynada xarici qoşunların yerləşdirilməsi təşəbbüsünü müzakirə edib. Teleqraf.com xəbər verir ki, Ukrayna lideri bu barədə Brüsseldə Makronla görüşdən sonra özünün Teleqram kanalında yazıb. “Prezident Makronun Ukraynada sülhə gedən yolda sabitliyə töhfə verə biləcək hərbi qüvvələrin olması ilə bağlı təşəbbüsü üzərində işləməyə davam edirik. Emmanuel sülhə nail olmaq üçün bütün lazımi addımları atmaq üçün digər tərəfdaşlarla əlaqə saxladığını bildirdi”, - deyə Zelenski qeyd edib. Ukraynalı jurnalist Dmitri Qordon Ukraynaya yerləşdiriləcək qoşunlar arasında Ermənistandan da minlərlə hərbçinin olacağını iddia edib. Onun sözlərinə görə, Makron belə bir təkliflə Ermənistan Baş naziri Nikol Paşinyana şəxsən müraciət edib və müsbət cavab alıb. “170 min hərbçi Ukrayna ərazisinə daxil olaraq, döyüş - təmas xəttində yerləşəcək. Amma bu, yalnız müqavilə bağlanandan sonra olacaq. Onlar Prezident Makronun simasında bu əməliyyatın təşəbbüskarı olan Fransadan, eləcə də Böyük Britaniya, Polşa, Latviya, Litva, Estoniya, Hollandiya, Norveç, Danimarka, İsveç və Finlandiyadan olan hərbçilər olacaq. Ermənistanın da iştirakı istisna edilmir, çünki Prezident Makron artıq Nikol Paşinyana müraciət edib və sonuncu müsbət cavab verib”, - Qordon vurğulayıb. Ukrayanlı jurnalist bunun üçün bir sıra şərtlərin olduğunu da söyləyib: “Birincisi, Ukrayna işğal olunmuş bu əraziləri tərk etməlidir, amma heç kim bu əraziləri Rusiya kimi tanımır, ikincisi, NATO ölkələrinin qoşunları Ukrayna ərazisinə mütləq daxil olacaq”. Qordonun sözlərinə görə, Zelenski Avropa ölkələrinin liderləri ilə mühüm görüş keçirəcək, onlarla NATO qoşunlarının Ukrayna ərazisinə daxil olması prosesi müzakirə ediləcək. Geri qayıt |