Əsas Səhifə > Güney Press > ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ
ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİBu gün, 15:02 |
Bəşər Əsədin devrilməsindən sonra 51 ildə ilk dəfə Suriyaya daxil olan İsrail ordusu Qolan təpələrindəki bufer zonanı işğal edərək irəliləməyə davam edir. Eyni zamanda, ortaya atılan bir iddia böyük əks-səda doğurub. İddia olunur ki, İsrail ordusuna aid helikopter Dəməşqdəki hərbi obyektə eniş edib və 20 dəqiqə yerdə qalan əsgərlər bölgəni tərk edərək Suriyanın cənubuna doğru hərəkət ediblər. Musavat.com xəbər verir ki, bu barədə "Haberler.com" saytı məlumat yayıb. Digər tərəfdən, "Ynetnews"un məlumatına görə, hücumlar Dəməşqin kənarındakı Sitt Zeynəb bölgəsində İsrail əsgərləri tərəfindən həyata keçirilib. "Hizbullah"a bağlı "Al-Mayadeen" nəşri çərşənbə axşamı günü İDF-in Suriyanın bufer zonasında əlavə irəliləyişləri barədə məlumat yayıb. Məlumata görə, İsrail qüvvələri Hader şəhərinin kənarına daxil olublar. Geri qayıt |