Əsas Səhifə > Güney Press > Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ:
Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ:Bu gün, 12:34 |
Xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə səhiyyə naziri Teymur Musayev azərbaycandakı qadınlara irad tutub. İradın səbəbi isə saysız-hesabsız plastik əməliyyatlara olunan müraciətlərdir. Nazir bildirib ki, tələbi elə formalaşdırmalıyıq ki, insan öz xarici görünüşünü problem edib zərərli əməliyyatlara üz tutmasın. Plastik, estetik görünüşündə ən çox dəyişiklik edənlər deyəndə ağlımıza ilk olaraq müğənnilər, sənət adamları gəlir. Kişilərə nisbətən, qadın müğənnilər bıçaq altına yatmağa, xarici görünüşlərində dəyişikliklər etməyə daha çox həvəskardırlar. Səhiyyə nazirinin fikirlərinə münasibət bildirən tanınmış müğənni Xuraman Şuşalı “Yeni Sabah”a danışıb və nazirin dediklərinə haqq qazandırıb: “İlk olaraq, özümdən onu demək istəyirəm ki, mən heç bir plastik əməliyyat etməmişəm. İnsan əgər özünü özü kimi sevə bilmirsə və əməliyyat etdirirsə, məsləhət görərdim ki, özgüvənlərini yüksəltmək üçün psixoloqa müraciət etsinlər. Bir müddət psixoloqla məsləhətləşəndən sonra yenə də özlərindən narazıdırlarsa, narahatdırlarsa, əməliyyat etdirsələr buna normal baxaram. İnsan xoşbəxt olmalıdır. Amma yenə də ən gözəli düzgün seçimdir. Düzdür, peşəkar həkimin də əlindən səliqəsiz iş çıxa bilər. Araşdırsınlar, həkimə gedəndə onun diplomu ilə maraqlansınlar. Pulu ödəyən onlardır. Düşünürəm ki, canlarını da riskə atmamalıdırlar. Düzgün ünvana müraciət etməlidirlər. Ancaq yenə də özlərini necə var elə sevsələr, daha yaxşı olar. Kompleksləri varsa, bundan qurtula bilmirlərsə də, mən bu məsələyə normal baxıram. Yəni biz heç kəsi qınaya bilmərik. Sadəcə düzgün seçim etmək və yanılmamaq da bizim əlimizdədir. Həkim adı ilə əməliyyatlar keçirən şəxslər var. İnşallah sistem güclənər və belə səhvlərə yol verilməz və peşəkar olmayan, həkim peşəsinə yad olanları da işə qəbul etməzlər. Bu barədə yüksək səviyyədə tədbirlər görmək lazımdır”. Məşhur ifaçı Afət Fərmanqızı isə bu günə kimi heç bir estetik əməliyyat etdirmədiyini açıqlayıb: “Mənim bu olanlardan heç xəbərim yoxdur. Çünki ömrümdə heç bir plastik əməliyyata getməmişəm. Bəlkə də tək-tük təbii müğənni varsa, onlardan biri də mənəm. Özüm müraciət etmiş olsam, fikir bildirərdim. Həm də mən Azərbaycanda yaşamıram. Azərbaycan gündəmindən xəbərim yoxdur. İzləmirəm. Səhiyyə ilə bağlı heç bir məlumatım yoxdur və mənə maraqlı deyil”. Geri qayıt |