Əsas Səhifə > Güney Press > "Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər"
"Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər"Bu gün, 12:26 |
"Fransa və erməni lobbisi Qərb ölkələrinin parlamentlərini ələ almağa və Azərbaycana qarşı riyakar niyyətlərini ifadə etməkdə davam edir". Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Fransa və Niderland parlamentlərindən sonra İsveçrə parlamentinin aşağı palatası da Azərbaycan və Qarabağdan gedən ermənilər arasında açıq dialoqu təşviq etmək üçün beynəlxalq sülh forumunu çağırmaqla bağlı qətnamə qəbul edib: "Təbii ki, bu qətnamə İsveçrə parlamentinin aşağı palatası tərəfindən icra olunan növbəti anti-Azərbaycan sifarişinin icrasıdır. Amma isveçrəli deputatlar bu qətnaməni qəbul edəndə Ermənistan Azərbaycan münaqişəsinin tarixinə bir nəzər salıb, bu proseslərin necə inkişaf etdiyinin reallığını öyrənib sonra qətnaməyə səs verərdilər. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər. Digər bir məsələ isə Azərbaycan tərəfi həmin erməniləri vətəndaşlarımız kimi geri qayıtmasını təşkil etmək üçün xüsusi portal yaratdı. Yəni Azərbaycan öz tələblərini irəli sürüb və geri qayıtmaq istəyən ermənilərə maneə yaratmadığını dəfələrlə bəyan edib. Amma Ermənistan isə güc yolu ilə deportasiya etmiş azərbaycanlıların Qərbi Azərbaycana geri qayıdışı ilə bağlı analoji addım atmayıb və atmalıdır. Əgər biz sülhdən və birgə yaşayışdan danışırıqsa istəklər də bərabər yerinə yetirilməlidir. Təəssüf ki, İsveçrə parlamenti bu məsələləri görmür və riyakarcasına ancaq ermənilərin qayğısını çəkir. Əgər bu forum həm Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların, həm də Qarabağdan könüllü getmiş ermənilərin Azərbaycan və Ermənistan arasında dialoqu təşviq etmək üçün beynəlxalq sülh forumuna çağırış olsaydı başa düşülən idi. Amma burda onlara ermənilər maraqlandırır. Təbii ki, bu riyakarlıq Azərbaycanla Ermənistan arasında razılaşdırma mərhələsində olan sülh müqaviləsinə zərbə vurulması üçün növbəti cəhd hesab edirəm". Geri qayıt |