Əsas Səhifə > Güney Press > "Mingəçevir"ə dəstək olmaq istəyən şirkətin rəhbəri AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edib
"Mingəçevir"ə dəstək olmaq istəyən şirkətin rəhbəri AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edibBu gün, 11:34 |
I Liqa təmsilçisi "Mingəçevir"ə dəstək olmaq istəyən şirkətin rəhbəri AFFA İcraiyyə Komitəsinin dünən baş tutan iclasında iştirak edib. Bu barədə "Report"a açıqlamasında milli assosiasiyanın İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov bildirib. O, həmin şirkətin adını açıqlamayıb: "Yaxşı bir şirkət Mingəçevirdə futbola dəstək olmaq istəyir. Onun rəhbəri dünənki toplantıya qatılmışdı. Ümumiyyətlə, iclasda yaxşı müzakirələr oldu. Tovuz şəhər stadionunun mülkiyyətə keçməsi məsələsinə də toxunuldu. Buna növbəti yığıncaqda da baxılacaq. Allahın köməyi ilə bu da həll ediləcək". İcraiyyə Komitəsinin üzvü son olaraq AFFA-nın inkişaf strategiyasının 2025-ci ilin yanvarında ictimaiyyətə açıqlanacağını xatırladıb. Geri qayıt |