Əsas Səhifə > Güney Press > Qayınatasını və arvadını yatdığı yerdə öldürdü
Qayınatasını və arvadını yatdığı yerdə öldürdüBu gün, 11:33 |
Bakıda kişi arvadını və qayınatasını öldürüb. Bu barədə Lent.az-a öldürülən qayınata 52 yaşlı Bədəlov İlqar Mirzəağa oğlunun qohumları məlumat verib. Onların sözlərinə görə, hadisə bir müddət əvvəl Bakının Suraxanı rayonu Zığ qəsəbəsində baş verib. Kürəkən 36 yaşlı Əkbərov Hikmət Bəylər oğlu gecə saatlarında əvvəlcə yatdığı yerdə qayınatası İlqar Bədəlovu, sonra isə atasına köməyə gələn arvadı 27 yaşlı Bənövşə Əkbərovanı bıçaqlayaraq öldürüb. Hadisə Hikmət və Bənövşənin 4 övladının gözü qarşısında baş verib. Hikmət Əkbərov hadisədən sonra övladlarını götürərək anasıgilə aparıb və bacısının həyətində gizlənib. Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən o, gizləndiyi həyətdə saxlanılıb. Onun barəsində Suraxanı rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda rayon prokurorluğunda istintaq araşdırması davam edir. Qohumlar bildirib ki, 14 il əvvəl ailə qurub: “14 il əvvəl Bənövşəni Hikmətlə nişanladıq. Sonra nişanı qaytardıq. Ancaq Hikmət gəlib Bənövşəni qaçırdı. Sonra atası və dayısı ilə birgə Siyəzənə barışığa gəldilər. Yolda qəzaya düşdülər və atası Bəylər öldü. Maşın Hikmətin dayısına məxsus idi. Ondan sonra İlqara qarşı kinli oldu. Sonradan öyrəndik ki, heç bu 14 il ərzində Bənövşə ilə də yaxşı dolanmayıblar. Daim incidib və küsülü olublar. İlqar qızını övladları ilə birgə öz evinə gətirib. Hikmət gəlib qayınatasına deyib ki, ailəmi dağıtma, borcum var sizinlə bir yerdə qalaram. İlqar onun borclarını da ödəyib, işlə də təmin edib. Bir gecə Hikmət növbədə olarkən qayınanasını aldadıb onu növbəyə qoyub və evə gəlib. Yatdığı yerdə İlqarı bıçaqlayıb. Bənövşə ona köməyə gələrkən onu da öldürüb. Hadisənin dəqiq səbəbini bilmirik. Yas mərasimi hazırda Siyəzən şəhərində keçirilir”. Qətlə yetirilən ata və qızı Hikmət Əkbərov Geri qayıt |