Əsas Səhifə > Güney Press > Rusiya ordusu Ukraynanın strateji şəhəri olan Pokrovska yaxınlaşıb

Rusiya ordusu Ukraynanın strateji şəhəri olan Pokrovska yaxınlaşıb


Bu gün, 11:16
Rusiya ordusu Ukraynanın strateji şəhəri olan Pokrovska yaxınlaşıb
Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhəri uğrunda döyüşlər şiddətlənib.

"Report"un Şərqi Avropa bürosunun əməkdaşı Pokrovskda olub, fotoreportaj hazırlayıb.

Şəhərin 4 girişindən 3-ü artıq qapalıdır. Belə ki, Uqledarı və Kuraxovonı tutan Rusiya ordusu Donetsk vilayətinin Dnepropetrovsk vilayəti ilə sərhəd, vilayətin ən strateji şəhəri olan Pokrovskun 4 kilometrliyinə yaxınlaşıb. Hətta şəhərin Dnepropetrovska çıxışını da çarpaz atəş altında saxlayır.

Bildirilir ki, Pokrovsk Rusiya ordusunun nəzarətinə keçəcəyi təqdirdə, Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan hissəsi avtomatik mühasirəyə düşəcək. Hazırda isə Pokrovskda əsl cəhənnəm yaşanır. Yerli sakinlər durumu "ikinci Baxmut" da adlandırırlar.

"Şəhər rəhbərliyindən durum ilə bağlı açıqlama almaq istəsək də, bizə cavab verən olmayıb. Hətta şəhər merinin artıq Pokrovsku tərk etdiyi bildirilir. Meriyanın Aleksey adlı rəsmisi əvvəl çəkilişimizə mane olmağa çalışdə. Merin məzuniyyətdə olduğunu bildirsə də, ətrafdakı insanların "şəhərin bu vəziyyətində nə məzuniyyət?" iradından sonra "ezamiyyətdədir" düzəlişini etdi. Lakin o, merin harada ezamiyyətdə olduğunu dəqiq deməyib" - "Report"un əməkdaşı bildirib.

Geri qayıt