Əsas Səhifə > Güney Press > Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBu gün, 11:06 |
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib. “DİA-AZ” bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb. "Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, makroiqtisadi meyillərin təhlili nəzərə alınmaqla qəbul olunub", - deyə AMB bəyan edib. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2025-ci ildə açıqlanacaq. Geri qayıt |