Əsas Səhifə > Güney Press, Partiya > "Təhsil və ya tədqiqat mərhələsində fasilə yaranır və..."
"Təhsil və ya tədqiqat mərhələsində fasilə yaranır və..."14-12-2024, 10:06 |
Hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir. Bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib. Hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hərbi xidmətə çağırış haqqında qanuna təklif olunmuş dəyişikliklər gənclərimizin təhsil alması və inkişafı baxımından çox əhəmiyyətli olduğunu hesab edir. “Oxuyub təhsilini davam etdirən gənclərə həqiqi hərbi xidmətdən möhlət verilməklə onların mütəxəssis kimi formalaşmasına imkan yaradır. O cümlədən, həqiqi hərbi xidmətə çağırış yaşının 35-dən 30-a endirilməsi də çox vacibdir. Çünki, 35 yaşındakı ailəli və övladlarına ata olan bir şəxslə, 18 yaşı tamam olan kimi hərbi xidmətə çağırılmış gəncin eyni sırada dayanıb hərbi xidmət keçməsi ümumi baxışlara uyğun gəlmir. Həm də 30 yaşına qədər hərbi xidmətdən möhlət alaraq təhsilini davam etdirən gənci 30 yaşından sonra təhsildən və peşə inkişafından ayrı salmaq onun peşə hazırılıq səviyyəsinə mənfi təsir göstərir. Yəni istər-istəməz həmin şəxsin təhsil və ya tədqiqat mərhələsində fasilə yaranır və bu da ümumi inkişaf səviyyəsinə təsir göstərir”-deyən deputat vurğulayıb ki, məhz bu baxımdan qanun layihəsinə təklif olunan dəyişiklikləri müsbət olduğunu hesab edir. Geri qayıt |