Əsas Səhifə > Güney Press, Partiya > Azər Qasımlının işi ilə BAĞLI ŞOK SƏNƏD...
Azər Qasımlının işi ilə BAĞLI ŞOK SƏNƏD...10-12-2024, 10:51 |
Məlum olduğu kimi, dünən Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə vəkil Rövşanə Rəhimli məlumat verib. Məlumata görə, o, Yasamal Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə həbs olunub. Qeyd edək ki, A.Qasımlı dekabrın 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir. Onu da bildirək ki, bu işdə adı hallanan qarşı tərəfə son günlər sosial şəbəkələrdə müxtəlif səpgili hücumlar edilməkdədir. "DİA-AZ" bildirir ki, A.Qasımlının vəkili açıqlamasında iddia eidr ki, məhkəmədə qarşı tərəf kimi çıxış edən Qurbanəli Yusibovu udublar. Amma bizim əldə etdiyimiz sənədlər bunun tam əksini deyir. Aydın olur ki, Mingəçevir şəhər məhkəməsində A.Qasımlı qalib gəlsə də, Apelyasiya və Ali Məhkəməni Azər Qasımlı deyil, Qurbanəli Yusibov udub. Bu da həmin faktı təsdiqləyən sənədlər: Yuxarıdakı sənədlərdən də aydın olur ki, Mingəçevir məhkəməsinin qərarını Şəki Apelyasiya məhkəməsi ləğv edib, Ali məhkəmə də Qurbanəli Yusibovun xeyrinə qərar çıxaraq, onu qüvvədə saxlayıb. Bu durumda Azər Qasımlı sözügedən məhkəmələri uduzmuş görünür... Amma nədənsə bu məsələnin üstündən keçilir və elə bir rəy formalaşdırılır ki, guya qarşı tərəf haqsız iddia qaldırıb... Məsələ diqqətimizdədir... Geri qayıt |