Əsas Səhifə > Güney Press, Partiya > "Baş nazirlə prezident bir-birlərini qəbul etmək istəmirdilər..."
"Baş nazirlə prezident bir-birlərini qəbul etmək istəmirdilər..."6-12-2024, 01:58 |
“Son günlər Gürcüstanda yaşanan proseslərin eynisi zamanında Ermənistanda da cəhd olunmuşdu”. Bunu Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, məhz Ermənistanın Baş naziri Nikol Paşinyan da hakimiyyətə gələndə prezident Armen Sarkisyanla müəyyən problemlər vardı: “Hətta onlar arasında çox ciddi gərginlik yaşanırdı. Baş nazirlə prezident bir-birlərini qəbul etmək istəmirdilər, aralarında səlahiyyət bölgüsü gedirdi. Lakin sonda razılığa gələ bildilər. Yəni Nikol Paşinyanın mövqeyini və iradəsini Armen Sarkisyan da qəbul etdi. Daha sonra hakimiyyətə gələn Prezident Vaaqn Xaçaturyanla isə proses nisbətən sakit şəkildə davam etdi”. Partiya sədri qeyd edib ki, yaxın perspektivdə Ermənistanda Gürcüstandakı ssenarinin təkrarının yaşanacağı da inandırıcı deyil: “Çünki Ermənistanın indiki Baş naziri də, Prezidenti də əsasən Qərbə bağlıdır. Yəni onlara sifariş verənlər fərqli olmadığına görə hərəkətləri də bir-birinə qarşı yönəlməyəcək. Gürcüstanda isə Baş nazir Rusiyaya, Prezident isə Qərbə meyillidir. Oradakı qarşıdurmaya da səbəb budur. Ermənistanda isə belə bir vəziyyət olmadığı üçün bunu gözləmək mümkün deyil. Lakin gələcəkdə buna bənzər proses Ermənistanda da yaşana bilər. Nəzərə almaq lazımdır ki, Ermənistan hakimiyyətində kadr dəyişiklikləri yaşanır. Bəlkə də Paşinyanın sürətlə kadr dəyişiklikləri hakimiyyət daxilində gedən siyasi qrup mübarizələri ilə bağlı idi. O, qabaqlayıcı addım kimi belə həmlələr etdi”. Geri qayıt |