Əsas Səhifə > Güney Press, Partiya > Tahir Kərimli: “İnterneti yoxdursa, Əli Kərimli necə çıxışlar edir? Qalmışam mat-məəttəl, inanmağım gəlmir...”

Tahir Kərimli: “İnterneti yoxdursa, Əli Kərimli necə çıxışlar edir? Qalmışam mat-məəttəl, inanmağım gəlmir...”


2-12-2024, 11:45
Tahir Kərimli: “İnterneti yoxdursa, Əli Kərimli necə çıxışlar edir? Qalmışam mat-məəttəl, inanmağım gəlmir...”
“Mən bunu hələ də anlaya bilmirəm. Hazırda maşında gedirəm, interneti qoşmuşam, danışıram. AXCP sədri Əli Kərimlinin telefonu internetə qoşulmur? Ya evində internet yoxdur? Nə məsələdir? Aidiyyəti orqanlar araşdırmalıdırlar. Axı Əli Kərimlinin interneti nəyə görə kəsilsin, o da belə bir bəyanatlar versin? Bəlkə də, Azərbaycanda ondan çox müsahibə verən adam yoxdur. Müsahibələr verir, yayır. İnterneti necə kəsilib? Texniki cəhətdən hansı qaydada maneələr yaradılıb? Yaxşı olar ki, məsələyə aydınlıq gətirilsin”.

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

“Heç vaxt razı olmaram ki, o, azadlıqdan məhrum edilə. Amma hamını səsləyirlər ki, məhkəmə iclaslarına gəlin. COP-a qarşı və başqa sahələr üzrə çıxışlar edirlər. Bəs nə üçün o adamları toplamırdılar ki, ay camaat, gəlin, biz ümummilli bir məsələyə etiraz edirik. İnterneti yoxdursa, bəs Əli Kərimli necə çıxışlar edir? Evindən də, kənardan da çıxışlar edir. Qalmışam mat-məəttəl. Şəxsən mənim inanmağım gəlmir. Hər halda aidiyyəti orqanlar, rabitə sistemi aydınlıq gətirməlidir. Əli Kərimlinin internetinə görə bütün binanın internetinin kəsilməsi nə söhbətdir? Mənə belə gəlir ki, Əli Kərimlinin bəyanatı populist şüardır”, - T.Kərimli bildirib.

Geri qayıt