Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ziya Məmmədovun kitabını kimlər bağlayır? - NN şefi postunda qəfil dəyişiklik gözlənilir

Ziya Məmmədovun kitabını kimlər bağlayır? - NN şefi postunda qəfil dəyişiklik gözlənilir


10-04-2014, 12:57
Ziya Məmmədovun kitabını kimlər bağlayır? - NN şefi postunda qəfil dəyişiklik gözlənilir
DİA.AZ: - «Nəqliyyat sektorunda çox ciddi böhran yaşanmaqdadır. Artıq hakimiyyətin üst düzəyində də bu məsələ ciddi şəkildə müzakirə olunur. Və burada ən çox diqqətçəkəni odur ki, nazir Ziya Məmmədovun mövqeləri bu günə qədər olmayan bir tərzdə sarsılıb. Hətta onun vəzifə başından alınması belə müzakirə predmetidir».

Bu şok məlumatı DİA.AZ-a açıqlayan hökumət içindəki etibarlı mənbəmiz bildirir ki, Ziya Məmmədova qarşı iqtidar daxilində bir neçə dəfə hərəkətlənmə olsa da, NN şefi hər dəfəsində müdafiə olunmağı bacarmışdı:

«Amma bu dəfə situasiya tamam fərqlidir. Ziya Məmmədov ənənəvi himayədarlarını da itirib. Özünü Prezident Administrasiyasının rəhbəri postunda görürdü. Mətbuatda isə onun baş nazir olacağı yazılırdı. Bu dəfə isə karyerasını bitirmək zorunda qalacaq. Çünki vəziyyət onun əleyhinə olaraq ciddi şəkildə dəyişib».

Xəbəri diaaz.space-a ötürən qaynağın bildirdiyinə görə, Ziya Məmmədovun rəhbərliyi altında böyük yeyinti faktını sübutlayan dəlillər müvafiq ünvana çatdırılıb: «Ziya Məmmədov illər ərzində özünə böyük şəbəkə qurmağa müvəffəq olub. Amma bu o demək deyil ki, onu yerindən tərpətmək olmaz. Və görüntüdə olanı da budur. Artıq Ziya Məmmədovun erası başa çatmaq üzərədir. Təkcə özü yox, yaxınları da bunun zərbəsini alacaq. Oğlu ilə bağlı planları isə tamamən iflasa uğrayıb. Halbuki oğlunu da nazir postuna hazırlayırdı».
Məlumatı verən mənbə onu da əlavə etdi ki, Ziya Məmmədovla bağlı qərarın verilməsi çox da uzanmayacaq: «Qəti qərar verilib. Çox az faizlə onun vəzifə başında saxlanmasına ümid var».

Geri qayıt