Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Keçmiş işçilərindən biri İsmət Abbasova qarşı ifadə verib - Baş nazirin müavini həbs oluna bilər
Keçmiş işçilərindən biri İsmət Abbasova qarşı ifadə verib - Baş nazirin müavini həbs oluna bilər9-04-2014, 12:48 |
DİA.AZ: - Az əvvəl “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Aqroservis filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilməsi barədə informasiya yayıldı. Baş Prokurorluğun mətbuat xidmətindən DİA.AZ-a verilən məlumatda deyilirdi ki, aparılmış istintaqla cəmiyyətin Şəki rayon Aqroservis filialının müdiri Rafim Qurbanovun ümumilikdə 66 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarının adlarına onların məlumatı olmadan mineral gübrələrin güzəştli şərtlərlə satışını rəsmiləşdirməsi, lakin həmin mineral gübrələri ayrı-ayrı fiziki və hüquqi şəxslərə sataraq əldə olunmuş 789 min 512 manat məbləğində vəsaiti, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən aldıqları gübrə üçün ona verilmiş 55 min 124 manat məbləğində vəsaiti müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. DİA.AZ bildirir ki, artıq KTN sisteminə aid neçənci olaydır ki, rastlaşırıq. Söhbət keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun köhnə kadrlarının həbsindən gedir. Faktlardan da aydın olur ki, bu vaxta qədər təkcə «Aqrolizinq» xəttilə dövlət büdcəsinə aid 10 milyon manata yaxın vəsait mənimsənilib. Burada maraqlı bir qənaət də yaranırır: Həmin həbs olunanlar, yeyilən milyonlara görə ittiham edilənlər bütün bu maxinasiyaları təkbaşına icra edə bilməzdilər. Yox, əgər iddia olunursa ki, bütün bu baş verənlərdən (həmin yeyinti dönəmlərində nazir İsmət Abbasov idi) keçmiş kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasovun xəbəri olmayıb. O zaman ortaya bir sual çıxır: Bu necə baş verir? Əgər həqiqətdirsə, o halda İsmət Abbasov yaxşı nazir olmayıb. Əgər İsmət Abbasov yaxşı nazir olmayıbsa, nədən bu illər ərzində vəzifəsində saxlanılıb? Yox, əgər bu işlərdən İsmət Abbasovun xəbəri vardısa, o zaman ona qarşı da ittiham irəli sürülməlidir. Elə bu barədə DİA.AZ-a danışan Nazirlər Kabinetindəki bilgili mənbə də iddia edir ki, əslində bütün bu baş verənlər günlərin birində İsmət Abbasova ittihamın oxunması ilə yekunlaşacaq: «İsmət Abbasovun bu qədər yükün altından salamat qurtarılması onu himayə edənlərin gücü miqyasında deyil. Çünki ortada real faktlar var». Mənbəmiz bu arada maraqlı bir açıqlamanı da diaaz.space-a çatdırdı: «Konkret cinayət işlərindən biri ilə bağlı dindirilən sabiq KTN məmurlarından biri keçmiş nazir İsmət Abbasovun əleyhinə ifadə verib. Bu ifadənin dəyərləndirilməsi, bu ifadəyə hüquqi qiymətin verilməsi isə keçmiş nazirin qələminin qırıldığı ərəfədə bir an məsələsi olacaq». Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |