Əsas Səhifə > Güney Press, Partiya > "Əvvəlcədən hüquqi yardım almağa çalışın, yoxsa..."

"Əvvəlcədən hüquqi yardım almağa çalışın, yoxsa..."


30-09-2024, 08:41
"Əvvəlcədən hüquqi yardım almağa çalışın, yoxsa..."
"Əmək və ya digər hüquq münasibətlərində hər hansı bir hüququnuzu həyata keçirərkən Ərizə yazdıqdan və ya imza etdikdən sonra deyil, əvvəlcədən hüquqi yardım almağa çalışın". diaaz.space xəbər verir ki, bu açqılama ilə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının eksperti, tanınmış hüquqşünas Azər Quliyev çıxış edib.
Ekspert daha sonra bildirib: "Əgər hər hansı bir işçi Ərizə yazmaqla və ya imza etməklə: müqavilə şərtlərini razılaşırsa, işdən azad olunursa, içtimai təşkilata, siyasi partiyaya, fonda və sair təşkilatlara üzv olmaqla pul ödəyirsə və ya digər hüquqlarını həyata keçirirsə, lakin sonradan peşman olursa, müəyyən hallar istisna olmaqla onun hüquqlarını: nə özü, nə vəkili, nə həmkarlar ittifaqı, nə hüquq müdafiə təşkilatları, nə dövlət əmək müfəttişliyi, nə məhkəmə və digər dövlət orqanları müdafiə edə bilməz. Bu hallarda hüquq və hüququ müdafiə artıq bitmiş olur.
Belə ki, əmək münasibətlərində: reallıqda və ya praktikada həyata keçirilməsi çətin olsada, tərəflər kimi işəgötürən və işçinin bərabər hüquqları, qarşılıqlı iradə ifadəsi və əmək qanunvericiliyi ilə nəzərdə tutulan digər hüquqları vardır. Hər hansı bir Ərizə yazmaq, sənədlərə imza etmək və əmək hüquqlarını əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirmək işçilərin müstəsna hüququdur.
Yalnız bir haldan başqa: İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə ərizə almaq və ya hər hansı bir sənədə imza etdirmək. Eyni zamanda bu halın işçi və ya müvafiq dövlət orqanları tərəfindən sübut edilməsi mümkün olarsa..."

Geri qayıt