Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əhməd Əhmədzadənin qardaşına qarşı Zaqataladan ittiham – Prezidentin göstərişlərinə əməl etmir?
Əhməd Əhmədzadənin qardaşına qarşı Zaqataladan ittiham – Prezidentin göstərişlərinə əməl etmir?4-04-2014, 14:15 |
DİA.AZ: - Zaqatala rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə qanunlara meydan oxuyur. Bu sözlər DİA.AZ-ın elektron ünvanına daxil olan məlumatda yer alıb. Xəbəri redaksiyamıza yollayan mənbə maraqlı fotofaktları da təqdim edib. Daha sonra diaaz.space-a göndərilən müraciətdə deyilir: “Cənab prezdentin ən ciddi göstərişlərinə əməl etməyən icra başçısı avtoşluqla məşğuldur. 67 yaşlı İH başçısı prezdentin maşınların pərdələrinin yıgışdırılması ilə bağlı tələbini qulaqardına vurur. Özü və rayonun digər yüksək rütbəli məmurları şəxsi və xidməti maşınlarında nümayişkaranə şəkildə pərdədən istifadə edirlər. 19 mart 2014 cü il tarixində Zaqatala rayonunda keçirilən ümumi rayon "Novruz Bayramı" tədbirində və 22 mart 2014 cü il tarixində Əliabad qəsəbəsində keçirilən "Novruz Bayramı" tədbirində İH başçısının xidməti 62-AA-001 və 62-AA-002 pərdədən istifadə etdiyi görüntülərini cənab prezdentə və Azərbaycan ictimayətinə təqdim edirik. İnanırıq ki, qanunlara əməl etməyən heç kəsi saymayan İHB-na qarşı qanuni tədbir görüləcəkdir”. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |