Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > AMEA-nın Fiziologiya İnstitutu qanunları necə pozur - Yasamal sakinləri üsyana qalxdı
AMEA-nın Fiziologiya İnstitutu qanunları necə pozur - Yasamal sakinləri üsyana qalxdı1-04-2014, 14:20 |
DİA.AZ: - Bir neçə gün əvvəl Yasamal rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi sakinlərdə böyük narazılıq yaratdı ki, nəhayətdə davamlı etirazlar yaşıllığın məhv edilməsinin durdurulması qərarı ilə nəticələndi. Deyəsən, Yasamal rayonunda cərəyan edən özbaşınalıqlar tək bununla bitmir. Bu barədə DİA.AZ-a müraciət edən rayonun Şərifzadə küçəsi 33 ünvanında yaşayan sakinlər bildirir ki, onlar təkcə həyətlərinin qarşısındakı yaşıllıqların məhvindən narahat deyillər, həm də yaşadıqları binanın önündə uşaqların, həmçinin böyüklərin istirahəti üçün nəzərdə tutulan ərazinin qanunsuz olaraq zəbt edilməsindən şikayətçidirlər. Sakinlər bildirirlər ki, onların yaşadıqları binanın qarşısında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.İ.Qarayev adına Fiziologiya İnstitutunun ərazisi bir müddət əvvəl zəbt olundu və bu ərazidə yeni göydələnin inşasına başlanıldı. Sakinlər diaaz.space-a danışır: «İnstitutun ərazisi qanunsuz olaraq satıldığından, indi onlar yaşayış binası ilə institut arasındakı əraziyə göz dikiblər və bu gün səhər saatlarında ərazidə ölçü işi aparıblar». Sakinlərin sözlərinə görə, institut zəbt olunmuş ərazisinin müqabilində binanın qarşısındakı ərazini qanunsuz olaraq ələ keçirmək istəyir: «Biz bununla bağlı etirazlarımızı bildirmişik. Yerli MİS bu barədə xəbərsiz olduğunu deyir. Onlar institut ərazisini satıblar, indi yəqin bu işi ört-basdır etmək üçün aradakı ümumi sahəyə iddia edirlər». Sakinlərin sözlərindən o da aydın olur ki, onlar bu prosesin qarşısını alacaqlar: «Biz artıq növbə çəkmək qərarına gəlmişik. Eyni zamanda AMEA rəhbərliyinə də müraciətə hazırlaşırıq ki, öz qanunsuz əməllərini başqa bir qanun pozuntusu ilə ört-basdır etməsinlər». Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |