Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > QOCA KƏMALƏDDİN KÖHNƏ QAYDADA YEYİR...

QOCA KƏMALƏDDİN KÖHNƏ QAYDADA YEYİR...


3-05-2024, 12:10
QOCA KƏMALƏDDİN KÖHNƏ QAYDADA YEYİR...
Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi “Mətbəə məhsulları” tenderinin nəticələrini elan edib.

diaaz.space xəbər verir ki, tenderin qalibi “CBS-PP” MMC olub. Qalib şirkətə 294 901 manat ödəniləcək.

diaaz.space-nun məlumatına görə, tender müsabiqəsinin qalibi olan "CBS-PP” MMC – 02.09.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 338 min 579 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mikayıl Müşfiq, ev 12, m. 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğludur.

Qeyd edək ki, "CBS-PP” MMC daha əvvəl də Fövqəladə Hallar Nazirliyinin keçirdiyi tender müsabiqələrində qalib olub. Mətbuatda yer alan çoxsaylı məlumatlardan (bugünə kimi təkzib olunmayıb) belə görünür ki, "CBS-PP” MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğlu eyni zamanda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.

İsmayılov Hikmət Əbuzər oğlunun eyni zamanda “AFB Bank” ASC-nin əsas səhmdarı olduğu bildirilir.

Xatırladaq ki, “AFB Bank” ASC-nin səhmlərinin 99,6%-i vaxtı ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilən “Gilan” MMC-yə məxsus olub. Ötən ilin fevral ayında “Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhmlərin satış məbləği açıqlanmasa da bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir.

Hikmət İsmayılov eyni zamanda "AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir.

Yəni görünəni odur ki, QOCA KƏMALƏDDİN KÖHNƏ QAYDADA YEYİR... Yəni Heydərov cənabları "öz əlim, öz başım" deyib dövlət büdcəsinin üstünə rəsmən çöküb...

Geri qayıt