Əsas Səhifə > Güney Press, Reklam > “AzerGold”da kibertəhlükəsizlik üzrə təlim keçirilib

“AzerGold”da kibertəhlükəsizlik üzrə təlim keçirilib


5-03-2024, 16:29
“AzerGold”da kibertəhlükəsizlik üzrə təlim keçirilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) kibertəhlükəsizlik üzrə nəzəri təlim keçirilib.

diaaz.space xəbər verir ki, “AzerGold” QSC-nin təşbəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin dəstəyi ilə keçirilən təlim “Onlayn mühitdə təhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularını əhatə edib.
Təlimin məqsədi elektron resurslara qarşı rəqəmsal risklərin qlobal səviyyədə vüsət aldığı bir şəraitdə potensial təhlükələri müəyyənləşdirmək, onları proaktiv şəkildə aradan qaldırmaq, kibertəhlükələrdən qorunmaq məqsədi ilə əməkdaşlar arasında məlumatlılığı artırmaqdır.

Elektron Təhlükəsizlik Xidmətinin mütəxəssisləri potensial təhdidlərdən qorunmaq, eləcə də gələcək hücumlardan daha yaxşı müdafiə oluna bilmək üçün hücum motivləri və üsulları, mövcud kibertəhdidlər və internetdən təhlükəsiz istifadəni təmin edən kibergigiyena qaydaları barədə məlumat verib, əməkdaşları maraqlandıran sualları cavablandırıblar. Məlumatlılıq səviyyəsinin ölçülməsi üçün təlimin əvvəlində, təlimin effektliliyinin ölçülməsi üçün isə sonda test tapşırıqları icra edilib.



Geri qayıt