Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Naxçıvan həmin Naxçıvandır, Xan o xan deyil..."
"Naxçıvan həmin Naxçıvandır, Xan o xan deyil..."2-02-2024, 12:02 |
Keçən gün məlumat verərək bildirdik ki, yavnarın 31-də axşam saatlarında Sədərək rayonunda təbii qazdan ən az 35 nəfər zəhərlənib. Rayon xəstəxanasında kifayət qədər tibbi ləvazimat olmadığından, onlara təcili ilkin yardım göstərmək mümkün olmayıb. Bu səbəbdən, xəstələrin bir çoxunun vəziyyəti daha da ağırlaşıb və yaxınları öz avtomobillərində onları Şərur xəstəxanasına aparmalı olublar. Burada da xəstələrin hamısana ilkin yardım göstərmək imkanı olmadığından, onların bir qismi Naxçıvan şəhərindəki Mərkəzi Xəstəxanaya göndəriliblər. diaaz.space bildirir ki, bu olay sosial şəbəkələrdə geniş müzakirə olunmaqla yanaşı, həm də etirazla qarşılanıb. Onlardan bəzilərini təqdim edirik: *** Valeh Ibrahimzade Sədərək rayonunda xəstəxana var amma həkim yoxdur.Uğurlu islahatın nəticəsində çox bəlalar görəcəyik.Allah zərər çəkmiş şəxslərə kömək olsun .Səbəbkarlar cinayət məsuliyyətinə cəlb olunmalıdır insan həyatı ilə oynamaq olmaz! *** Letife Axmedova Xəstəxanada oksigen balonu yoxdur... Çox qəribədir... *** Eynulla Ismayilov Yazıq millət . Meşşan məmurların , görünməyən , bilinməyən , izinə düşəni az qala vətən xaini çıxardıb sakitcəsinə məhv edən korrupsiyanın əlində domba - girinc qalıb . Allah çatsın dadlarına . Yazzıqdılar . Qazdan ölmək faciədir . *** Elşad Memmedov Naxçıvan həmin Naxçıvandır, Xan o xan deyil *** Ünal Beymemmedli Naxcivanin prablemleri hec vaxd duzelen deyil... Geri qayıt |