Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Burda dövlətin qanunlarına da `STOP` deyilir...
Burda dövlətin qanunlarına da `STOP` deyilir...18-09-2023, 10:27 |
DİA.AZ: - Daha bir iaşə obyektində vergidən yayınma halları baş verməkdədir. DİA.AZ bildirir ki, ümumiyyətlə, son zamanlar bu qəbildən şikayətlərin sayı artsa da, nədənsə aidiyyatı qurumlardan səs-səmir çıxmır. Buna rəğmən biz diaaz.space növbəti olaraq vətəndaş gileyini təqdim edirik... "Buzovna qəsəbəsi Albalılıq deyilən ərazidə, Yanğın Söndürmə Mərkəzinin yaxınlığındakı "STOP market"də vergidən yayınırlar". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Faiq Quliyev adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra yazır: "Vergidən yayınaraq işçilər yalandan "post terminal xarabdır, yoxdur" deyərək ödənişləri kartdan karta edirlər. Əslində işçilik bir şey olmadığını çox gözəl bilirəm. Müdiriyyətin tapşırığıdır..." Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |