Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Məzun Evi”nin şefi haqda İLGİNC FAKTLAR

“Məzun Evi”nin şefi haqda İLGİNC FAKTLAR


14-09-2023, 10:04
“Məzun Evi”nin şefi haqda İLGİNC FAKTLAR
DİA.AZ: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" sosial müəssisəsinin direktoru Rza Əhmədovla bağlı keçən günlərdə DİA.AZ olaraq ciddi ittihamların yer aldığı məlumatı təqdim etmişdik. Qeyd edək ki, bu faktlara reaksiya verməyən R.Əhmədov yenə də əvvəlki ampluasındadır və bu da səbəbsiz deyil...

Həmin zaman təqdim etdiyimiz məlumatlardan aydın olurdu ki, vaxtı ilə Səlim Müslümov tərəfindən yol verdiyi ciddi nöqsanlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qovulan Rza Əhmədov nazir Sahil Babayevin dövründə yenidən nazirlikdə peyda oldu. Rza Əhmdəovun ƏƏSMN-də peyda olmasının səbəbkarı isə onun yaxın dostu, himayəçisi Heybət İmanovdur.

Bununla bağlı diaaz.space-a məlumatlı mənbədən yeni informasiya təqdim olunub. Xəbəri verən qaynaq iddia edir: "Məlumat verim ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Məzun Evinin keçmiş direktoru Rza Əhmədov hal-hazırda Zabrat qəsəbəsində yerləşən Sosial Sığınacağın direktoru vəzifəsinə təyin olunub. Əlbəttə ki Heybət İmanovun böyük dəstəyi sayəsində. Rza Əhmədovun arxası o qədər güclüdür ki o Nazirliyin və agetliyin işçilərini hər dəfə acılayır, yüksək səs tunu ilə danışır yeri gələndə onları təhqir edir və hədələyir.

Agentlik tərəfindən hər hansı bir tapşırıq veriləndə, yerinə yetirməyəcəyini və gedib rəhbərinizə beləcədə deyin sözünü işlədir. Artıq Agentlikdən Rza Əhmədova hər hansı bir tapşırıq vermək və ya məlumaq almaq üçün onunla əlaqə yaratmağa cəkinirlər və işçilər bu işi bir birilərinə ötürürlər. Bu yaxınlarda Rza Əhmədov nazirlik nümayəndəsini təhqir etmişdir. Bu barədə nazir Sahil Babayev xəbər tutduqda bərk hiddətlənərək onu vəzifəsindən azad etmək istəmişdir. Lakin Heybət İmanovun böyük dəstəyi sayəsində Rza Əhmədov vəzifəsində qalmışdır. Rza Əhmədov o qədər harınlayıb ki sığınacaqda vəfat etmiş şəxslər dövlət qeydiyatına alınmır və onların təqaüdlərini mənimsəyir.

Ata baba məsləyi ,çobanlıq olan Rza Əhmədov Beyləqan rayonundan öz at və itini gətirib sığınacaqda bəsləyir. Utanmasa qoyunlarınıda gətirər. Sığınacağın cox sayda işçisi Rza Əhmədovun atı və itinə qulluq üçün ayrılıb..."

DAVAMI VAR...

Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt