Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Mikayıl Cabbarovun adından TƏBİB rəhbərliyinə TƏZYİQ OLUNUR?

Mikayıl Cabbarovun adından TƏBİB rəhbərliyinə TƏZYİQ OLUNUR?


8-09-2023, 11:09
Mikayıl Cabbarovun adından TƏBİB rəhbərliyinə TƏZYİQ OLUNUR?
DİA.AZ: - İqtisadiyyat naziri Mikayıl Cabbarovun bu gün "yuxarılarda" böyük etimadının olması danılmaz bir faktdır. Amma deyəsən, bundan sui-istifadə edənlər peyda olub. Hər halda görünəni budur. Və ən maraqlısı da odur ki, ortalıqdakı sui-iztifadəçilər hətta yuxarı vəzifə sahiblərini belə təhdid edirlər.

DİA.AZ-a mötəbər mənbələrdən daxil olan informasiyadan aydın olur ki, hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru postunu tutan Faiq Arif oğlu Abdullayev qeyd etdiyimiz kimi - Mikayıl Cabbarovun ADAMI olduğunu qabardaraq həm öz "işlərini aşırdır", həm də onun qanunsuz əməllərinin qarşısını almağa çalışanlara təzyiqlər edir.

Mikayıl Cabbarovun adından TƏBİB rəhbərliyinə TƏZYİQ OLUNUR?

Bu barədə DİA.AZ-a danışan mənbə bildirir ki, Faiq Abdullayev hazırki vəzifəsində yenidir: "Keçən ilin dekabrında təyin olunub bu vəzifəyə. Amma buna rəğmən artıq adı bir neçə dəfə qalmaqalda hallanıb və hətta işini prokurorluq belə araşdırıb. Doğrudur, hələlik bu "problemlərini" yoluna qoya bilib və mümkündür ki, bu zaman da Mikayıl Cabbarovun adından istifadə etsin.

Amma daha dəqiqi odur ki, hal-hazırda aşkar şəkildə TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi rəhbərliyini təhdid edən Faiq Abdullayev onları özünün qanunsuz əməllərinə və özbaşınalıqlarına göz yummağa, edilən şikayətləri ört-basdır etmələrinə vadar edə bilir".

Onu da bildirək ki, redaksiyamıza F.Abdullayevin nəinki məmur, heç normal insan adına yaraşmayan davranışları haqqında da məlumatlar daxil olub. Bu barədə növbəti yazımızda...

P.S. Güman etmirik ki, Faiq Abdullayev sona qədər "Mikayıl Cabbarov" adlı çətirdən istifadə edə bilsin. Çünki dərəbəylik zəmanəsi deyil və Azərbaycan hüquqi dövlətdir...

Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt