Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Keçmiş nazir oğlunun alveri `XOD GEDİR`...

Keçmiş nazir oğlunun alveri `XOD GEDİR`...


6-09-2023, 09:58
Keçmiş nazir oğlunun alveri `XOD GEDİR`...
DİA.AZ: - Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun biznesmen oğlu Anar Məmmədovla yeni faktlar açıqlanıb. DİA.AZ bildirir ki, bu dəfə də tanınmış araşdırmaçı-jurnalist Cavanşir Həsənli Anar Məmmədovun ictimailəşməyən fəaliyyətinə işıq salıb.

C.Həsənli yazır:
"Ziya Məmmədovun oğlunun Britaniyadakı şirkətlərinin birinin audit sənədində qeyd olunur;
The principal activity of the company in the period under review was that of retail of Kentucky Fried Chicken and its associated products.
(Nəzərdən keçirilən dövrdə şirkətin əsas fəaliyyəti Kentucky Fried Chicken və onunla əlaqəli məhsulların pərakəndə satışı olmuşdur)
Kentucky Fried Chicken -KFC brendinin tam adıdır.
Ziya Məmmədovun İngiltərədə oğluna məxsusluğunu inkar etdiyi onlarla restorandan 6-sı Anar Məmmədovun benefisiarı olduğu şirkətlərdən təkcə birinin vasitəsilə idarə olunur ki, onun da aktivləri 4 milyon funt sterlinq təşkil edir. Amma bu restoranlar KFC deyil, "Pizza Hut" adı altında fəaliyyət göstərir".

Keçmiş nazir oğlunun alveri `XOD GEDİR`...
Keçmiş nazir oğlunun alveri `XOD GEDİR`...
Keçmiş nazir oğlunun alveri `XOD GEDİR`...

Hər halda, sual yarana bilər ki, Anar Məmmədov artıq nazir oğlu deyil və onun bizneslə məşğul olma kimi hüquqları var. Təbii ki, var. Amma o da var ki, eyni haqq və hüquq hər bir Azərbaycan vətəndaşına da aiddir ki, onun dövlətinin büdcəsindən oğurlanan vəsaitlərin sonrakı aqibətindən xəbərdar olsun...

Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlabndırmağa hazırıq...

Geri qayıt