Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Beyləqan xəstəxanasında vəziyyət tragikomikdir…
Beyləqan xəstəxanasında vəziyyət tragikomikdir…5-09-2023, 16:38 |
Necə olur ki, Beyləqan rayon mərkəzi xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində (ASM) xadiməçi tibb bacısı, 3-6 aylı kurs oxuyanlar isə baş tibb bacısı işləyə bilirlər? RealMediaaz.space xəbər verir ki, hazırda Beyləqan rayon xəstəxanasında insanların taleyi təhlükə altındadır. İnsanların sağlamlığı heç bir tibb təhsili olmayan, yalnız 2-3 aylıq kurs keçən, savadsız “tibb bacıları”na həvalə edilib. Bildirilir ki, hazırda xəstəxananın ştat cədvəlində adı kiçik tibb bacısı (xadimə) gedən işçilər daxili əmrlə şöbələrdə baş tibb bacısı, qeydiyyatçı və sair işlərə təyin ediliblər. Məsələn, buna adlarını qeyd etdiyimiz şəxsləri misal olaraq göstərmək olar: Arzu Həsənzadə, Aytəkin Allahverdiyeva, Aynur Əlizadə (məlumata görə 17 yaşından tibb bacısı işləyir) Şəlalə, Firəngiz Zahidqızı, Gülnar. Bildirilir ki, bu adları çəkilən şəxslər 3-6 aylıq kurs bitirməklə xəstəxanada tibb bacısı və ya baş tibb bacısı kimi çalışırlar. Bildirilir ki, illərlə kənd xəstəxanasında xadimə işləyən şəxslər, sonradan “Beyləqan rayon mərkəzi xəstəxanası”publik hüquqi şəxsdə tibb bacısı kimi işə qəbul olunurlar. Bir sözlə, Beyləqan xəstəxanasında tragikomik bir vəziyyət yaranıb. Məsələylə bağlı TƏBİB-nin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Qeyd edək ki, mövzuya daha ətraflı şəkildə qayıdacağıq. RealMediaaz.space Geri qayıt |