Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Mübariz Əlmədətovun SƏRHƏDSİZ İMKANLARI...
Mübariz Əlmədətovun SƏRHƏDSİZ İMKANLARI...8-08-2023, 10:22 |
DİA.AZ: - "Sizə kimdən deyək, kimdən danışaq, gənc yaşlarında bəxt üzünə gülən bir məmurdan. O məmurdan ki, aldığı maaşla Bakıda heç bir otaqlı mənzil ala bilməzdi. Ancaq indi, necə deyərlər göz dəyməsin, bağ-bağat, malikanə, 40 sot torpaq....Halbuki tutduğu vəzifədə məvacib də bir o qədər yüksək olmaz". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Söhbət Bakı şəhər İcra Hakimiyyətində Ərazinin planlaşdırılması və inkişafı şöbəsindən gedir. Adı qulağa xoş gəlsə də, fəaliyyəti bəlli olmayan bu şöbənin müdiri Mübariz Əlmədətovdur. Mübariz Əlmədətov məmurlar içində gizlənərək öz işini görən biridir. O, həmişə diqqət mərkəzindən yayınmağa, gündəmə gəlməməyə çalışıb,özü hər zaman ona himayəçilik edən vəzifəli şəxsin diqqətində olub. Əslində çözmək olmur ki, ona havadarlıq edilməsinin səbəbi nədir. Lakin nə sirri-xudadırsa, paytaxtın Sabunçu rayon İcra başçısı Adil Vəliyevin sevimli adamı kimi adı hallanır. Mediada səslənən iddialardan məlum olur ki, BŞİH-də şöbə müdiri olan Mübariz Əlmədətov hansısa xidmətlərinə görə Sabunçu icra başçısını sevindirib. Belə olmasaydı, icra başçısı Əlmədətova 40 sot torpaq bağışlamaz, həyat yoldaşını Sabunçuda 195 saylı uşaq bağçasına direktor təyin etməzdi. Vəliyev heç də Əlmədətovun "qara qaşına-gözünə aşiq olmayıb", iddialar var ki, şöbə müdiri vəzifəsində səlahiyyətlərindən istifadə edir. Görünür ki, Sabunçu İH başçısının hansısa işlərini aşırmaqda Əlmədətovun böyük rolu olub. Təbii ki, şöbə müdiri təkcə Sabunçu hakimi-mütləqinə lazım olmur, ilk növbədə elə BŞİH rəhbərliyi üçün əziz kadrlardan biridir. Əlmədətovu əziz edən isə onun vasitəsi ilə imzalanan sənədlər, görülən işlər, verilən razılıqlardır. Görün Mübariz Əlmədətov nə qədər lazımlı bir məmurdur ki, daha yüksək vəzifə tutan şəxslər onun əli ilə işlər həyata keçirirlər. Elə bunun nəticəsidir ki, mükafatsız qoymayıblar - 40 sot torpaq, bağça müdirəliyi... İddialar var ki, bununla məhdudlaşmır onun sərvətləri, var-dövləti. Əlmədətovun villası, obyektləri, maşınları olduğu deyilir. Bir sözlə, Əlmədətovun sirli əli onu məmurlar üçün cəlbedici bir fiqura çevirib. Elə ,,Bir qalanın sirri'' filimində olduqu kimi..." İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |