Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Mehdiyevin kürəkəni xəstələnib: Öz klinikası var, amma xaricdə müalicə olunur...

Mehdiyevin kürəkəni xəstələnib: Öz klinikası var, amma xaricdə müalicə olunur...


3-08-2023, 12:55
Mehdiyevin kürəkəni xəstələnib: Öz klinikası var, amma xaricdə müalicə olunur...
DİA.AZ: - Məlum olduğu kimi, müğənni Roza Zərgərli “German Hospital”dan şikayətlənib.

Əlaqədar yazı BURADA: Roza Zərgərlidən “German Hospital”la bağlı ŞİKAYƏT – “Adam öldürəndirlər”

DİA.AZ xəbər verir ki, tanınmış müğənni mədəqatlama əməliyyatı keçirən müğənni həkim səhvi ucbatından ölümcül vəziyyətə düşdüyünü iddia edib. Əməliyyatdan sonra səhhətində ciddi problemlər yaşandığını vurğulayan Roza Zərgərli məsələyə məsul olan bariatrik -cərrah Aslan Abdullayevə və “German Hospital”ın rəhbəri İlham Əliyevə təzminat davası qaldırıb. Həmçinin həkim səhlənkarlığı ucbatından sağlamlığına xətər yetirildiyi üçün “German Hospital”ı bağlatdırcağını iddia edib.

Onu da qeyd edək ki, Roz Zərgərlinin dava açdığı şəxs Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevdir və onu iddia etdiyi hala salan “German Hospital” da elə Mehdiyev cənablarına aiddir.

DİA.AZ bildirir ki, işin əsli bi deyil. Bu arada Ramiz Mehdiyevin kürəkənini bu iddia ilə bağlı danışdırmağa çalışan jurnalistlər maraqlı bir faktı aşkarlayıblar. Aydın olub ki, sən demə, “German Hospital”ın şefi İlham Əliyev ümumiyyətlə, Azərbaycanda deyil və səhhətində problemlər olduğundan xarici ölkələrin birində müalicə alır...

Bəli səhv duymadınız: MÜALİCƏ ALIR...

Hər halda, bu faktın özü belə yetərlidir ki, “German Hospital”a şəfa tapmaq ümidi ilə yollananlar ən azından bir neçə dəfə düşünsünlər... Yaxşı matahdırsa, özləri niyə yararlanmırlar?..

Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt