Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > YENİLMƏZ VİLAYƏT...
YENİLMƏZ VİLAYƏT...4-07-2023, 15:49 |
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalənin ƏVVƏLİ BURADA: `Texniki Universitet İŞİ` də bir ayrıca hüquqi araşdırma mövzusudur... - İTTİHAM VAR! Məqalənin davamında deyilir: "Belə strateji əhəmiyyətli sahələrdən biri isə təhsil sahəsidir. Ulu öndər Heydər Əliyev təhsil haqqında demişdi: “Təhsil millətin gələcəyidir. Təhsilimizin məqsədi gənc nəslə təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.” Cari tədris ilinin başlanması günlərində cənab Prezident İlham Əliyev yeni açılan orta məktəbləri gəzib, onlarla tanış olması zamanı qeyd etmişdi ki, ölkənin qüdrəti onun təbii sərvətləri ilə deyil, onun elminin və təhsilinin səviyyəsi ilə müəyyən edilir. Çox təəssüf ki, bu həqiqəti bizim təhsil sistemimizin başında dayananların və təhsil müəssisələrinə rəhbərlik edənlərin bəziləri ya dərk etmir, ya da dərk edir, ancaq qəsdən təhsil sistemimizə qarşı dağıdıcı fəaliyyət göstərərək, kiminsə maraqlarına xidmət edirlər. Ölkəmizin yaxşılığımızı istəməyən, bizim müstəqilliyimizi və müvəffəqiyyətlərimizi gözləri götürməyən xarici siyasi qüvvələr isə bunu yaxşı bilirlər. Və buna görə də bizim təhsil sistemimiz də strateji sahə olaraq onların hədəflərindən birinə çevrilib. Bu günlərdə teref.az saytında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradovun “fəaliyyəti” haqqında dərc edilən məqalə bizim bu fikrimizə inamımızı daha da artırdı. Çox qəribədir ki, həmin məqalədə Ədalət Muradovun rektorluq “fəaliyyəti” dövründə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) başına gətirdikləri haqqındakı faktlar AzTU-nun rektoru Vilayət Vəliyevin 4 ildən bəri gözlərimiz qarşısında AzTU-dakı “fəaliyyəti” ilə birin-birə üst-üstə düşür. Bu faktlar haqqında isə biz bu illərdə mediada dəfələrlə yazmışıq. Deməli, belə bir nəticəyə gəlmək olar ki, həm Ə.Muradov, həm də V.Vəliyev bir mərkəzdən eyni göstərişlərlə (kimin göstərişləri ilə?) idarə olunurlar və eyni dağıdıcı fəaliyyəti reallaşdırmaqdadırlar. Əlavə olaraq qeyd edək ki, Ə.Muradovun məsləhəti ilə V.Vəliyev hətta UNEC-in bir neçə işçisini “qiymətli iqtisadçı kadr” kimi AzTU-da işə də qəbul edib. Fəaliyyəti ilə yaxşı tanış olduğumuz daha bir rektor – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı da həmin yolun yolçusudur. O, tez-tez bununla qürrələnir ki, o, rektor olduqdan sonra ADNSU-nin neçə-neçə yaşlı alimini, elmlər doktorlarını, professorları, neftçıxarma sahəsinin görkəmli mütəxəssislərini, hətta Milli Elmlər Akademiyasının müxbir üzvlərini universitetdən uzaqlaşdırıb. Doğrudan da “fəxr ediləsi” işdir, onların elmindən, bilik və təcrübəsindən istifadə etmək əvəzinə neçə-neçə görkəmli alimi bir anda kənara atmaq. Belə alimlər bundan sonra çətin ki, yetişsin, onların bu səviyyəyə gəlib çatmasına isə azı 30-40 il lazımdır. Təkcə onu demək kifayətdir ki, hal-hazırda respublikanın Ali Attestasiya Komissiyası müxtəlif ixtisaslar üzrə dissertasiya müdafiəsi şuraları formalaşdırarkən bir çox ixtisaslar üzrə elmlər doktorlarının çatışmazlığı problemi ilə üzləşmişdir. Vilayət Vəliyev AZTU-da rektor olduğu 4 ilə yaxın müddətdə burada tədris prosesinin başına daha nə oyunlar gətirməyib, ağla gələn və gəlməyən? Bunların haqqında biz 6 ay əvvəlki yazımızda, dekabr və yanvar aylarında çox ətraflı yazmışdıq və bunları bir daha təkrar etmək istəmirik. Ancaq, ümumi şəkildə, qısaca onlardan bəzilərini xatırladaq. V.Vəliyev rektor olduğu 4 ilə yaxın müddətdə AzTU-da təhsilə xidmət edən, təhsilin, xüsusən də texniki təhsilin əsasını təşkil edən nə vardısa, hamısını məhv edib, kökündən kəsib. V.Vəliyev universitetin köklü kadrlarına – həm professor-müəllim heyətinə, həm də digər kadrlarına qənim kəsilib. O, AzTU-da on illərlə can qoymuş, ömrünü sərf etmiş professorları, dosentləri, digər tədris və inzibati işçiləri 4 ildir ki, hər vasitə ilə mənəvi terrora məruz qoyur, onların ətrafında dözülməz mənəvi-psixoloji şərait yaradaraq, ya öz ərizələri ilə getmələrinə nail olur, ya da birbaşa təzyiq göstərib və ya aldadıb, 3 aylıq müqaviləli işə keçirməklə sonra işdən kənarlaşdırır, baxmayaraq ki, Nazirlər Kabinetinin qərarı ilə ali təhsil müəssisələrində pedaqoji kadrlara yaş həddi qoyulmayıb. O, bu 4 ildə universitetdə dəfələrlə, sonu hələ də görünməyən “struktur dəyişiklikləri” aparıb, 2 ay əvvəl yaratdığı bir şöbəni ləğv edib, yenisini yaradıb, sonra yenə bir neçə aydan sonra əvvəlkinə qayıdıb və s. Guya ki, bu adam “islahat aparır”. Bu “islahatların” bir məqsədi də köhnə işçiləri işdən kənarlaşdırmaqdır. V.Vəliyev sanki, AzTU-dan, onun müəllimlərindən, elə tədris prosesindən də qisas alır. Amma bu nə qisasdır, nəyin qisasıdır, məlum deyil. Yoxsa bu, V.Vəliyevin qeyri-adekvat psixologiyasının nəticəsidir, bilmirik". DAVAMI VAR... İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |