Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > KONTAKT HOME gerçəkliyi: Oğru elə bağırdı ki...
KONTAKT HOME gerçəkliyi: Oğru elə bağırdı ki...22-06-2023, 11:23 |
DİA.AZ: - " "Kontakt Home"dan 2 il bundan öncə qızıl zəmanət ilə telefon almışdım. Qızıl zəmanətin şərtlərinə əsasən telefon yararsız hala düşərsə və şirkət onu təmir edə bilməzsə, şirkət aldığım telefonun məbləği dəyərində məni yeni telefonla təmin edəcəkdi". DİA.AZ bildirir ki, bunu Elvin Əşrəfsoy şikayətində qeyd edir. Narazı vətəndaş başına gələnləri daha sonra belə davam edir: "Lakin hal-hazırda şirkət mənə yeni telefon verilməsinin 120 AZN konpensasiya ödəyəcəyim halda mümkün olacağını qeyd edir. Məndə bunu müqabilində qalan kredit ödənişimi tamalamayacağımı bildirib yararsız halda olan telefonumu şirkətin servisinə təhvil verdim. Adamlar məni məhkəməyə verib və məhkəmə məni məhkəməyə dəvət etmədən qətnamə qəbul edib. Məndə məhkəmə də qətnamənin ləğv edilməsi üçün dəftərxana da ərizə yazdım. Qətnamə ləğv edildi. Mənə başqa yol qoymayıblar. məcbur məhkəmələrdə hüquqlarımı müdafiə etməliyəm. İndi apellyasiya məhkəməsinə müraciət etməliyəm. Həm telefonumun düzəldilərək və ya yeni bir telefonla konpensasiya olunaraq mənə verilməsi iddiası irəli sürəcəm, həm də bir ildir Kontakt Home'un əməkdaşlarının narahatedici davranışlarını əsas götürüb mənəvi təzminat üçün iddiama əlavə edəcəm". Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq Geri qayıt |