Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Sədərək sakini Vasif Talıbovun dövrünün həsrətini çəkir...
Sədərək sakini Vasif Talıbovun dövrünün həsrətini çəkir...5-05-2023, 11:07 |
DİA.AZ: - 10 ildir Naxçıvanda kirayədə yaşayan Sədərk rayonu Sədərək kənd sakini Əliyev Mehdi Qurban oğlu Prezident İlham Əliyevə müraciət edərək kömək istəyir. 2-ci qrup əlil olduğunu deyən Naxçıvan sakini müraciətində qeyd edir ki, artıq canından bezib və özünü öldürmək istəyir. DİA.AZ bildirir ki, Fuad Nəcəflinin dövrü ilə Vasif Talıbovun dövrünü müqayisə edən Sədərək rayon sakini bildirir ki, əvvəllər daha yaxşı idi: "İndi hakimiyyətə Şahbuz mafiyası gəlib. Vasif Talıbovun dövründə əgər Naxçıvan "mədəni türmə" idisə, indi "qapalı həbsxana"dır". Narazı vətəndaş bildirir ki, Vasif Talıbovun vaxtında çox əziyyətlər çəkib: "Amma kömək də ediblər. İndi isə zülm ərşə dirənib. Hələ deyirlər ki, cənab Preziddent gəlib-gedəndən sonra vəziyyət daha da pisləşəcək". DİA.AZ bildirir ki, müraciətində daha sonra Prezidentə xitab edən narazı vətəndaş deyir: "Özümü öldürmək zorundayam, cənab Prezident, ailəmi, uşaqlarımı Sizə əmanət edirəm..." NARAZI VƏTƏNDAŞIN MÜRACİƏTİ: videoya baxmaq üçün bura tıklayın... Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |