Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Mingəçevirdə Kürün sahilini ÖZƏLLƏŞDİRƏN KİMDİR?

Mingəçevirdə Kürün sahilini ÖZƏLLƏŞDİRƏN KİMDİR?


22-04-2023, 09:29
Mingəçevirdə Kürün sahilini ÖZƏLLƏŞDİRƏN KİMDİR?
DİA.AZ: - Bakıda neçə müddətdir ki, Xəzərin sahillərinin sıravi vətəndaşlara açılması uğrunda az qala bir XALQ HƏRƏKATI müşahidə olundu ki, bu proses nəhayətdə öz nəticəsini verdi. Belə ki, ayrı-ayrı məmurlar, imkanlı şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunan və sıravı vətəndaşa bağlı tutulan Xəzər sahillərinin özbaşına hasarlanmasının həm qarşısı alındı, həm qanunları pozaraq inşa edilmiş, hasarlar, obyektlər müvafiq dövlət qurumlarının müdaxiləsi ilə yerlə-yeksan olundu.

İndi isə anoloji problemin Mingəçevir şəhərində də yaşandığı bildirilir. Burada isə vətəndaşların havasına, suyuna həsrət qaldığı Kür çayı və onun sahilləridir. DİA.AZ bildirir ki, bunun bağlı həyəcan təbili çalan ictimai fəal Elman Nəbiyev artıq məsələ ilə əlaqədar Prezident İlham Əliyevə də müraciət etdiyini bildirir.

Narazı vətəndaşın açıqlamasını diaaz.space olaraq olduğu kimi təqdim edirik: "Hörmətli Mingəçevir şəhər sakinləri, mən Cənab prezidentə elektron qaydada müraciət yazmışam.

"Qonaq evi"nin qarşı tərəfi, kür çayının (keşmiş kümbəz restoranı olan ərazi) sağ sahilinin bağlı saxlanılmasını, əhalinin isə o əraziyə ehtiyacı olmasını qeyd etmişəm.

Bəzən illərlə qonaq evinin boş qalmasına baxmayaraq qarşı tərəf bağlı saxlanılır, hamımız yaxşı bilirik ki, Göygöldə tikilən hotellər də sakinlərin üzünə illərlə bağlı saxlanıldı və Cənab prezident onu bildi, açılması üçün göstəriş verdi, inanıram ki, buranın da bağlı saxlanılmasından Prezidentin xəbəri yoxdur.

Yay aylarında insanlar kür qırağında gəzinti üçün sakit bir ərazi tapa bilmirlər, Ağsaray hotel sahibi təxminən 1km-rə yaxın ərazini zəbt edib, otelin xidmətindən istifadə etməyənləri çay sahilinə buraxmır,sahil parkında isə kür çayının içini zəbt etməklə məşğuldur.

Bütün bunları Cənab prezidentin diqqətinə çatdırmaq hamımızın vətəndaşlıq borcudur".

Məsələ diqqətimizdədir. Məsələ ilə bağlı diaaz.space olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...

Geri qayıt