Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Regionlarda İLGİNC sayğac əməliyyatı ...

Regionlarda İLGİNC sayğac əməliyyatı ...


22-04-2023, 08:46
Regionlarda İLGİNC sayğac əməliyyatı ...
DİA.AZ: - ""Azəriqaz" İB RQİİ-nin fəaliyyət göstərdiyi regionlardan aldığım məlumatı sizinlə bölüşürəm". DİA.AZ bildirir ki, bu açıqlama ilə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı çıxış edib.

"Problem eyni, deməli, tapşırıq da eynidir? Yazmaq bizdən, yerində araşdırmaq da sizlərdən" deyə əlaqədar şəxs və qurumlara xitab edən M.Qəhrəmanlının müraciətini diaaz.space olaraq təqdim edirik:

" "Azəriqaz" İB-də qaz itgisinin “aşağı salınması” məqsədilə Metrologiya və Nəzarət şöbəsinin tapşırığı ilə regionlarda qaz sayğaclarının yoxlanılması başlanılır. Bunun üçün regionlara müəyyən "qruplar" göndərilib. Üzərlərinə müəyyən “öhdəlik” ( sayğaca müdaxilə, cərimələr, uçotdan kənar qaz vəs) də qoyulub. : Bayram günlərində(niyə Ramazan bayramında?) işə cəlb olunduqları üçün “qrupun” hər üzvünə124 man. ikiqat əmək haqqı və 52 man.ezamiyyə xərci ödəniləcək.(yəqin ki,adı da olacaq istehsalat zəruriyyəti ilə) Düşünürəm ki, cərimə və müdaxilə tapıntıları üçün də əlavə “mükafat” da olar

Narahatçılıq: -qeyri qanuni cərimələrin tədbiqi (sayğaca müdaxilə,uçotu pozulmuş qazlar və s).saxta sənədlərin tərtibi ,saxta akt , mühəndis və abonentin əvəzinə imzaların olmasıdır. Uçotsuz qazlarda labarotiriya rəyinin olmaması ,bu işlərin hamısının saxta imzalarla həyata keçirilməsi və s. !?
Bunula əlaqadar ekspertimizin təklifini və mövcud qaydaları diqqətinizə çatdırıram.

Belə ki:
-Mülkü geyimdə olan şəxslər sayğac yoxlaya,ona toxuna ,müvafiq sənədləşdirmə apara bilməzlər. Bu halda ərazi üzrə cavabdeh qaz nəzarətçisinin də iştirakı təmin olunmalıdır.
-Sayğac istehlakçının(abonentin) iştirkı ilə yoxlanmalı,bütün qüsurlar(əgər varsa) abonentə göstərilməlidir.Tərtib olunan hər hansı sənədə abonentin qolu olmalıdır".

Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı qurum və şəxsləri dinləməyə hazırıq...

Geri qayıt